Azərbaycan Prezidenti Hakan Fidanı qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib. Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib. Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik […]

Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb – RƏSMİ

Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb.Bu barədə Səhiyyə Nazirliyi və TƏBİB birgə məlumat yayıb. Qeyd olunub ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət […]

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,30 ABŞ dolları, yaxud 0,36 % artaraq 84,37 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 80,8 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin […]

Bu gün Premyer Liqada XIX turun daha iki oyunu keçiriləcək

Bu gün futbol üzrə Misli Premyer Liqasında XIX turun daha iki oyunu keçiriləcək. Günün ilk matçında “Zirə” “Araz-Naxçıvan”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq. Ardınca isə “Sumqayıt” “Səbail”lə üz-üzə gələcək. Stat fiti saat 18:30-da səslənəcək görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşacaq. “Araz-Naxçıvan” […]

WSJ: Tramp andiçmənin ertəsi günü miqrantların deportasiyasına başlayacaq

ABŞ-nin seçilmiş prezidenti Donald Trampın administrasiyası qanunsuz miqrantların kütləvi deportasiyası ilə bağlı seçki vədlərinin həyata keçirilməsinə yanvarın 21-də, yəni vəzifəyə başladıqdan bir gün sonra başlayacaq. Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən bildirib. Mənbələrin məlumatına görə, “miqrantlara qarşı ilk genişmiqyaslı reyd” çərşənbə axşamı səhər İllinoys ştatının Çikaqo […]

Növbəti köç karvanı Cəbrayıla yola düşüb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə daha 42 […]

Makron: HƏMAS-ın girov saxladığı iki Fransa vətəndaşının azad edilməsini gözləyirik

İsraillə Fələstinin HƏMAS arasında əldə edilmiş razılaşmaya əsasən hərəkatın azad etməli olduğu 33 girov arasında iki Fransa vətəndaşı var. Bu barədə Fransa prezidenti Emmanuel Makron sosial şəbəkə hesabında yazıb. “Həmvətənlərimiz Ofer Kalderon və Ohad Yahalomi Qəzza üzrə razılaşmanın birinci mərhələsində azad edilməli olan 33 girovun siyahısına daxildir. Onların ailələrinə qovuşması […]

Pezeşkianın Tacikistan və Rusiya səfərləri – İranın siyasi aktivliyinin nümayişi – ANALİZ

İran Prezidenti Məsud Pezeşkianın keçmiş sovet respublikalarına səfəri davam edir. Yanvarın 16-da Tacikistana dövlət səfərini reallaşdırıb. Yanvarın 17-də isə Moskvaya səfər edib. İranla Tacikistan arasında əməkdaşlığa dair 23 sənəd imzalanıb. Məsud Pezeşkian ölkə Prezidenti Emoməli Rəhmon və ölkənin müxtəlif rəsmiləri ilə görüşüb. Siyasi, iqtisadi, ticarət, sərmayə, energetika, səhiyyə, nəqliyyat, turizm […]

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. Başsağlığında deyilir: “Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının doğmalarına və yaxınlarına başsağlığı verir, xəsarət alanların […]