Fələstinin “HƏMAS” hərəkatı İsraillə müharibə başlayandan bəri 10-15 min insanı öz sıralarına cəlb edib. Bu barədə “Reuters” ABŞ Konqresindəki hərbi kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən məqalə dərc edib. Agentlik yazıb ki, bu, təşkilatın hələ də İsrail üçün təhlükə yarada biləcəyini göstərə bilər. Bundan əvvəl ABŞ bəyan edib ki, […]
Ermənistan rəsmilərinin sülh çağırışı: avantüra, boşboğazlıq – ŞƏRH
Etimad mühiti sülh üçün başlıca şərtdir. Belə şəraiti beynəlxalq vasitəçilər belə yarada bilmirlər. Çünki onların tərəflər arasında bu missiyanı həyata keçirmək cəhdi daha çox uğursuzluqla nəticələnib. Vaxtilə dünyanın aparıcı dövlətləri Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı vasitəçilik etdi. Onlar tərəfləri bir-birinə yaxınlaşdırmaq, münaqişənin yaranmasına səbəb olan amilləri aradan qaldırmaq, etimad mühiti […]
“Azərpoçt” Şuşada fəaliyyət göstərməyə başlayıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC növbəti poçt məntəqəsini Şuşa şəhərində açıb. “Report” şirkətə istinadən xəbər verir ki, AZ5800 indeksli poçt filialı Şuşa şəhəri, Zəfər küçəsindəki Dövlət Xidmətləri Mərkəzinin daxilində fəaliyyət göstərəcək. Belə ki, poçt məntəqəsində universal poçt xidmətləri (məktub, teleqram və bağlama göndərişləri), maliyyə yığımları və karqo […]
Sahibə Qafarova Cahit Bağçını qəbul edib
Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də Türkiyənin Bakıdakı səfiri Cahit Bağçını Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Görüşdə iki ölkə və onların parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. S.Qafarova Boluda baş verən faciəvi yanğınla bağlı Türkiyə xalqına bir daha başsağlığı verib, bu faciə ilə əlaqədar Türkiyə […]
Siyəzən və Sumqayıt prokurorluqlarına yeni təyinatlar olub
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Siyəzən və Sumqayıt prokurorluqlarına yeni təyinatlar olub.Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyev Siyəzən rayon prokuroru vəzifəsinə təyin edilib. Belə ki, 2008-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan İsmayıl Abiyev əvvəllər […]
Seçki günü qatarların qrafikində dəyişiklik olmayacaq
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarları Azərbaycanda bələdiyyə seçkilərinin keçiriləcəyi 29 yanvarda iş günü qrafiki üzrə hərəkətdə olacaq. Bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb. Məlumata görə, vətəndaşların həmin gün rahat hərəkət etməsi üçün Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkəti iş günlərinin cədvəlinə uyğun tənzimlənəcək. 29 yanvar […]
Azərbaycan-Pakistan Komissiyasının səkkizinci iclası
İslamabadda Azərbaycan-Pakistan Birgə Komissiyasının səkkizinci iclası keçirilib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov yanvarın 23-24-də Pakistanda səfərdə olub. İslamabad şəhərində yanvarın 23-də Azərbaycan ilə Pakistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin dördüncü raundu keçirilib. Azərbaycan nümayəndə heyətinə Elnur Məmmədov, Pakistan […]
Milli Mətbuatın 150 illik medalı belə olacaq – FOTO
Milli mətbuatın 150 illiyi ilə bağlı yubiley medalı təsis edilir.“Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb. Layihəyə əsasən, medal media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəl […]
Hamamdakı partlayışda xəsarət alan Sevinc öldü – Foto
Bir neçə gün öncə Göyçayda bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alan qadın vəfat edib. Hamamda sobanı söndürmək istəyərkən həddindən artıq qızmış su çəninin partlaması nəticəsində yaralanan 1991-ci il təvəllüdlü Sevinc Cəfərova xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
“Şahdəniz”də yeni platforma tikiləcək
Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağında yeni platforma tikiləcək.Bunu jurnalistlərə açıqlamasında “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib. Onun sözlərinə görə, tikiləcək platforma kompressor platforması olacaq.