Fransa Prezidenti Emmanuel Makron ölkədə dövlət çevrilişinə hazırlaşır. Bu fikri Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo sosial şəbəkələrdə bildirib. O hesab edir ki, Riçard Ferranın Konstitusiya Şurasının sədri vəzifəsinə təyin edilməsi təsadüfi deyil. Belə ki, Makron onun vasitəsilə üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürmək imkanı əldə etmək üçün qanunla qoyulan […]
Qazaxıstanlı nazir: Yaxın günlərdə Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı ilkin nəticələr açıqlanacaq
Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı ilkin nəticələr yaxın günlərdə açıqlanacaq. Bu barədə ölkənin nəqliyyat naziri Marat Karabayev brifinqdə bildirib. Onun sözlərinə görə, müxtəlif ölkələrdən olan mütəxəssislərin birgə işi son mərhələyə çatıb. “Mütəxəssislər səylə çalışırlar. Biz bundan əvvəl də danışmışdıq ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası, Braziliya və ICAO-dan beynəlxalq mütəxəssislər […]
Lənkəranda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Bu gün Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110/35/10 kV-luq “Lənkəran-1” yarımstansiyasından qidalanan 35 kV-luq “Xanbulan” hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:30-dan […]
Neftin bu günə olan qiyməti
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,37 ABŞ dolları, yaxud 0,47 % azalaraq 78,15 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 75,51 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin […]
Xocalının ilk körpəsi dünyaya gəldi
İşğaldan azad edildikdən sonra Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib. Xocalı sakini, 1996-ci il təvəllüdlü Sevanə Məmmədovanın dünyaya gətirdiyi ilk övladı oğlandır. Ballıca kəndində dünyaya göz açan körpəyə babası Mehdinin adını veriblər. Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir. Qeyd edək ki, körpənin […]
Laçında yük avtomobili aşıb, ölən var
Laçında yük avtomobili aşıb. Rayonun Pircahan kəndi ərazisində, 1977-ci il təvəllüdlü Nağızadə Aslan Vaqif oğlu idarə etdiyi “Howo” markalı yük nəqliyyat vasitəsi ilə Laçın rayonun Pircahan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Nəticədə A.Nağızadə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
İlham Əliyev bu universitetə rektor TƏYİN ETDİ
Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Digər sərəncamla Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Azərbaycanın bu rayonlarında polis postları quruldu – SƏBƏB
Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində “Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir. Əməliyyatlar Azərbaycan və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır. Bir həftə ərzində aparılacaq əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq […]
Moskvada partlayış: “Arbat” batalyonun erməni komandiri komaya düşdü
Moskvadakı “Qırmızı yelkənlər” yaşayış kompleksində baş verən partlayış nəticəsində Ukraynaının Donbas vilayətində qurulmuş “Arbat” batalyonunun komandiri Armen Sarkisyan ağır yaralanıb və reanimasiyaya yerləşdirilib. Rusiya KİV-lərinin məlumatına görə, partlayış Sarkisyan təhlükəsizlik qüvvələrinin müşayiəti ilə zaldan keçərkən baş verib. Yaşayış kompleksində baş verən partlayış nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır, bir neçə nəfərin […]
Suriya Prezidenti Türkiyəyə gedir
Suriya prezidenti Əhməd əş-Şəra Türkiyəyə səfər edəcək.Bu barədə Türkiyə prezidentinin administrasiyası məlumat yayıb. Fevral sabah – fevralın 4-də baş tutacaq. Qeyd edək ki, Əhməd əş-Şəra ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.