Bu gün Bakının Nizami rayonunun bəzi küçələrinin qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş sızmanın ləğv olunması məqsədilə aprelin 14-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir-bərpa […]
Magistraturaya qəbulun II cəhdi üçün qeydiyyat bu gün başa çatır
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat bu gün saat 23:59-da başa çatır.Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Məlumata əsasən 17 min 4 bakalavr ərizəsini təsdiq edib. Bunlardan 15 min 760-ü Azərbaycan bölməsi, 1 244-ü isə rus bölməsidir. Bakalavrlar imtahanın ikinci cəhdinə iştirak […]
Prezident nəvələri ilə idman zalında – Fotolar
Türkiyədə səfərdə olan Prezident İlham Əliyev nəvələri Əli və Mikayıl Ağalarovlarla idman zalında məşq edib. Bununla bağlı fotoları Əli Ağalarov sosial şəbəkədə paylaşıb. “Baba ilə Antalyanın idman zalında tam bədən məşqi!”, – o, paylaşıma qeyd edib.
XİN rəhbəri: Ermənistanla kommunikasiyaların açılması təklifini Azərbaycan irəli sürüb
Kommunikasiyaların açılması təklifini Ermənistan deyil, Azərbaycan tərəfi irəli sürüb. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsində bildirib. C.Bayramov qeyd edib ki, kommunikasiyaların açılması məsələsi 2020-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli […]
“Bu dəmir yolu bizə milyardlar gətirəcək” – Paşinyan Zəngəzur dəhlizindən danışdı
“Bizə sağ qalmaq yox, yaşamaq lazımdır”.Bu sözləri baş nazir Nikol Paşinyan Zəngəzur vilayətinə səfəri zamanı Meğri icmasının Nrnadzor kəndinin sakinləri ilə görüşündə bildirib. “Bu dəmir yolu bizə zərər verməyəcək, əksinə, bizə milyardlarla mənfəət, təhlükəsizlik, suverenlik, ərazi bütövlüyü, yurisdiksiya və qarşılıqlılıq gətirəcək”, – deyə Nikol Paşinyan Meğridən keçən dəmir yoluna işarə […]
Azərbaycanda federasiya prezidenti vəfat etdi
Şimal Regional Futbol Federasiyasının prezidenti, “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının üzvü, futbol veteranı Abdulla Məmmədov vəfat edib. Bu barədə AFFA-nın məlumatında bildirilib. AFFA futbol ictimaiyyəti adından mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib. Allah rəhmət eləsin.
Ceyhun Bayramov: Azərbaycan üçün qonşularla münasibətdə təhlükəsizlik və davamlılıq əsasdır
Azərbaycan üçün qonşularla münasibətdə təhlükəsizlik və davamlılıq əsasdır. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən paneldə deyib. Nazir Türkiyənin bölgədəki davranışını müsbət qiymətləndirib: “Ermənistanla Azərbaycan arasındakı münaqişə başa çatdıqdan sonra biz münasibətlərin uyğun formada hüquqi əsaslarla yekunlaşacağına inanırıq”. C.Bayramov Azərbaycandan Naxçıvana birbaşa gedişin mümkünsüzlüyünə də […]
Azərbaycan və Ermənistan XİN başçıları Antalyada normallaşma prosesini müzakirə ediblər
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial media hesabında məlumat yayıb. Bildirilib ki, Ceyhun Bayramov və Ararat Mirzoyan arasındakı ikitərəfli görüş Antalyada keçirilən Antalya Diplomatik Forumu çərçivəsində baş tutub. Tərəflər görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması […]
Sabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında aprelin 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə […]
Əraqçi Tehrаnın mövqeyini əks etdirən müddəaları omanlı həmkarına təqdim edib – YENİLƏNİB
İranın xarici işlər naziri Abbas Əraqçi Tehrаnın mövqeyini əks etdirən müddəaları sonradan ABŞ nümayəndə heyətinə çatdırılması üçün omanlı həmkarına təqdim edib. Bu barədə TASS məlumat yayıb. *** İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Omanın paytaxtı Maskat şəhərinə yollanıb. Bu barədə ISNA agentliyi İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail […]