Sabah Bakının Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bununla bağlı “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Səhmdar Cəmiyyətin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində yenidənqurma və təmir işlərinin aparılması ilə əlaqədar aprelin 15-də bir sıra qəsəbələrdə elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla […]
Peskov: Trampın Rusiyaya qarşı sanksiyaları uzatması gözlənilən idi
Kremldə ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalar haqqında fərmanın müddətini uzatması ilə əlaqədar bildiriblər ki, başqa bir qərar gözləməyə dəyməzdi. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib. “Başqa bir qərar gözləməyə dəyməzdəi, xüsusilə də bu, kifayət qədər avtomatik hərəkətlərdir. Biz, yəqin ki, münasibətlərin […]
MN: Ermənistanın yaydığı məlumat yalandır, tamamilə dezinformasiya məqsədi daşıyır
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və nəticədə mədəniyyət mərkəzinə zərər yetirilməsi barədə Ermənistanın yaydığı məlumatın real əsası yoxdur, yalandır və tamamilə dezinformasiya məqsədi daşıyır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) yaydığı məlumatda bildirilib Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə heç […]
Artur Abramyan: Yerevandan göndərilən pulları Köçəryan qəbul edir, paylamaq üçün Petrosyana verirdi
Murad Petrosyanın qrupunda “Əfqan” ləqəbli Artur, həmçinin Sasun, Aşot, Samvel və Karo adlı erməni şəxslər də olub. Bu sözlər bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində iş üzrə şahid qismində dindirilmiş Artur Abramyanın ifadəsində yer alıb. O, Samveldən eşidib ki, Şuşa şəhərinə raketi Topxana meşəsindən sonuncunun özü, Aşot, […]
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunda İdarə Heyətinin həmsədri dəyişib
Almaz Mambetov Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin həmsədri vəzifəsindən azad edilib. Bu barədə Qırğızıstan KİV-ləri bu ölkənin Nazirlər Kabinetinin müvafiq sərəncamına istinadən məlumat yayıb. Məlumata görə, onun yerinə Zamirbek Osmonov üç il müddətinə təyin edilib. O, əvvəllər İqtisadi sahədə Cinayətlərlə Mübarizə üzrə Dövlət Xidmətinin sədri, Dövlət Vergi Xidmətinin rəhbəri vəzifələrində […]
Növbəti iki gündə Bakıda leysan yağacaq, subasma halları istisna olunmur – XƏBƏRDARLIQ
Bakı və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Bildirilib ki, aprelin 16-da yağışın aramsız güclü olacağı ehtimalı yüksəkdir. Prosesin şimşək və güclü küləklə müşayiət olunacağı gözlənilir. Gözlənilən […]
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə təqsirləndirilən şəxslər epizodlar üzrə prokurorların suallarına cavab veriblər. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən […]
Onların təhsil haqqını dövlət ödəyəcək – Prezident TƏSDİQLƏDİ
Qarabağdakı peşə məktəblərində oxuyanların təhsil haqqını dövlət ödəyəcək.Prezident İlham Əliyev bununla bağlı “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişikliyi təsdiqləyib. Belə ki, təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslər sırasına işğaldan azad edilən ərazilərdə məskunlaşan və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində […]
“Brent” nefti sürətlə ucuzlaşır
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyun müqaviləsinin dəyəri 0,17% azalaraq 1 barelə görə 64,65 ABŞ dolları təşkil edib.Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,16% azalaraq 61,4 ABŞ dollarına bərabər olub.
Kamran Əliyev: Müharibə cinayətlərində təqsirləndirilən 16 şəxsin məsuliyyətə cəlb edilməsi mümkün olub
Bu gün Azərbaycan xalqına və dövlətinə qarşı cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olub. Bunu Baş prokuror Kamran Əliyev Xankəndidə “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış […]