Dövlət İmtahan Mərkəzi (DİM) ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi (MQİM) arasında Anlaşma Memorandumu imzalanıb. Mərasimdə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin direktoru Nino Tsereteli və digər rəhbər şəxslər iştirak ediblər. Bildirilib ki, Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin nümayəndə heyəti Dövlət İmtahan […]
İlham Əliyev Çin kanalına müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibə verib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Komissiya sədri: Aİ-nin Ermənistanda yaratdığı iki missiya Azərbaycanın ərazi bütövlüyünə təhdid olub
Avropa İttifaqı (Aİ) Ermənistanda bu günə kimi 3 missiya yaradıb. Bunu Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın tərəfindən Milli Məclisdə “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda keçirilən ictimai müzakirə zamanı komissiyanın sədri Ramid Namazov deyib. O bildirib ki, onlardan biri hüquqi qaydada yaradılsa da, iki […]
İlham Əliyevin qarşılanma mərasiminə HAZIRLIQ – VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Çinə səfər ediblər. Ötən gün Prezidentin Pekində rəsmi qarşılanma mərasimi olub. İTV Çin paytaxtının ali mərasimə hazırlıq hissəsindən süjet hazırlayıb. Həmin videomaterialı təqdim edirik:
Kürdəxanıda obyekt yanır
Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyekt yanır. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,36 ABŞ dolları, yaxud 3,37 % azalaraq 67,63 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 66,94 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]
Müdafiə Nazirliyi: Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb
Azərbaycan Ordusunun bölmələrinin guya aprelin 23-də saat 22:20 radələrində Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması barədə Ermənistan Müdafiə Mazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhali və obyektlər istiqamətində heç vaxt atəş açmır. Qarşı tərəf […]
Bakının bir çox yollarında tıxac müşahidə edilir – SİYAHI
Bakının bir çox yollarında tıxac müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” […]
Ərdoğan: Hazırda İstanbuldakı zəlzələ ilə bağlı narahatlığa əsas yoxdur
Hazırda İstanbulda baş verən zəlzələ ilə bağlı narahatlığa heç bir əsas yoxdur. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyə Daxili İşlər Nazirliyi yanında Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) və Səhiyyə Nazirliyi, ümumilikdə bütün dövlət qurumları təbii fəlakətlə bağlı hazırda gücləndirilmiş iş rejimində […]
İran Prezidenti: Azərbaycanla əməkdaşlığın inkişafı üçün böyük potensial var
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfəri ərəfəsində hökumət üzvləri ilə iclas keçirib. Bu barədə İran KİV-i məlumat yayıb. Yüksək səviyyəli görüşdə nazirlərlə yanaşı, Mərkəzi Bankın rəhbəri, Pezeşkianın siyasi müşavirləri və Azərbaycanla sərhəd vilayətlərinin rəhbərləri iştirak ediblər. Müşavirədə ikitərəfli münasibətlərin cari səviyyəsi və son hadisələr barədə məruzə araşdırılıb, ticarət, enerji, nəqliyyat […]