Şahbaz Şərif Pakistan Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırıb

Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanla münaqişənin kəskinləşməsi ilə əlaqədar Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırıb.Bu barədə Baş nazirin ofisi məlumat yayıb. İclasda ordu rəhbərliyi də iştirak edir. İclasın sonunda Ş.Şərifin xalqa müraciət edərək gələcək addımları elan edəcəyi gözlənilir.

Pakistan ordusu Hindistanı Kəşmirdəki SES-ə hücumda ittiham edib

İslamabad Hindistanı Kəşmirdəki Su Elektrik Stansiyasına (SES) hücumda ittiham edib. Bu barədə “Samaa” telekanalı məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində stansiya zədələnib. “Hindistan “Neelum Jhelum” SES-ə zərbə endirərək onu zədələyib”, – Pakistan ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru, general-leytenant Əhməd Şərif Çaudri telekanala bildirib.

Rəqəmsallaşan media: Yeni imkanlarla yanaşı artan təhlükələr

Son illər media məkanında rəqəmsallaşma prosesi sürətlə inkişaf edir. Bu tendensiya informasiya istehsalında və yayımında çevikliyi, əlçatanlığı artırsa da, eyni zamanda bir sıra təhlükələri də özü ilə gətirir. Xüsusilə müstəqil media qurumları bu prosesdə daha həssas vəziyyətdədir.2025-ci ilin fevralında “Global Media Group”a daxil olan media resurslarına qarşı həyata keçirilən kiber […]

Azərbaycan neftinin qiyməti 65 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,31 ABŞ dolları, yaxud 2,06 % artaraq 64,94 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 62,74 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]

Ceyhun Bayramov İraqa rəsmi səfərə yola düşüb

7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfərə yola düşüb. Bu barədə XİN-dən məlumat verilib. Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İraq Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşünün, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin […]

Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək

Mayın 23-də, saat 09:30-da əqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Goranboy, Xocalı rayonları və Naftalan şəhərinin sakinlərini qəbul edəcək. Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə […]

Bəzi məhkəmələrə sədr və müavinlər təyin olunub – SİYAHI

Azərbaycan Ali Məhkəməsinə sədr müavini və məhkəmə kollegiyalarına sədr, apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarına sədr və bəzi birinci instansiya məhkəmələrinə sədrlər təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Ali Məhkəməsi üzrə: – Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilsin; – Hafiz Qənbər […]

Belarusun Baş naziri Ağdamda aqroholdinqin tikintisi ilə tanış olub

Belarusun Baş naziri Aleksandr Turçin Ağdam rayonunun Qızıl Kəngərli kəndinə səfəri çərçivəsində burada inşa olunan aqroşəhərciklə tanış olub.“Report”un Ağdama ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, layihə Belarus hökuməti tərəfindən həyata keçirilir və iri aqroholdinqin yaradılmasını, heyvandarlıq, quşçuluq və tərəvəzçiliyin inkişafını nəzərdə tutur. Müəssisənin 2027-ci ildə istismara verilməsi planlaşdırılır. Layihə çərçivəsində […]

Ermənistanda casus, xidmətçi oyunu – parlament seçkilərinə hazırlıq kampaniyası – ŞƏRH  

Ermənistan cəmiyyəti parçalanıb. Əvvəllər o, “Qarabağın Ermənistana birləşməsi”, “Böyük Ermənistan”, saxta erməni soyqırımının beynəlxalq səviyyədə tanınması, Türkiyə, Gürcüstan, İran, Rusiya və Azərbaycana qarşı ərazi iddiaları xülyalar, uydurmalar əsasında birləşə bilirdi. İndi isə yönsüz qalıblar.Belə şəraitdə siyasi qüvvələr bir-birinə qarşı dedi-qodu, şayiə, qarayaxma aparır.Keçmiş sovetlərdə ən məşhur qarayaxma ifadə bu idi: […]