Laçına köçürülmüş mindən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Laçın rayonuna köçürülmüş sakinlərdən 1150 nəfər məşğulluq tədbirlərinə cəlb olunub. Bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb. Belə ki, 104 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 66 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb). Daha 46 nəfər isə peşə kurslarına cəlb olunub.

Azərbaycan XİN: İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq

Azərbaycan İsrailin İranın ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə narahatdır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Vəziyyətin gərginləşdirilməsini qəti şəkildə pisləyərək, tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırırıq. Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin […]

Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti plenar iclası başlayıb

Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti plenar iclası başlayıb. Toplantı Sahibə Qafarovanın sədrliyi ilə keçirilir. İclasın gündəliyinə “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in təsdiqi və “Qaz təchizatı haqqında” yeni qanun layihəsinin ilk oxunuşda müzakirəsi daxil olmaqla ümumilikdə 12 məsələ daxil edilib.

Azərbaycan neftinin qiyməti 73 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,28 ABŞ dolları, yaxud 1,77 % artaraq 73,45 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 70,85 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]

İranın Ali Rəhbəri ölən generalların yerinə müvəqqəti təyinat edib

İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei İsrailin endirdiyi hava zərbələri nəticəsində ölən Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salaminin yerinə təyinatlar həyata keçirib. Həbibullah Səyyari ordunun müvəqqəti qərargah rəisi, Əhməd Vahidi isə “SEPAH”ın baş komandanı təyin edilib.

Bakının bəzi yollarında tıxac yaranıb – SİYAHI

Bakının bəzi yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi […]

Azərbaycanda sosial müavinətlər artırılıb

Prezident İlham Əliyev sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib: – orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, orqanizmin […]

Şuşanın “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” olması ilə bağlı tədbirlər planı hazırlanacaq

Şuşanın “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” olması ilə bağlı tədbirlər planı hazırlanacaq.Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, 2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi […]