Nazirlik: Arpa sahələrinin 43 %-ə yaxınında biçin başa çatıb

Azərbaycanda arpa sahələrinin 43 %-ə yaxınında biçin başa çatıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Biçin prosesi əsasən Aran rayonlarının arpa sahələrində aparılır. Bu il respublikada 426 623 hektar sahədə payızlıq arpa əkilib. Orta məhsuldarlıq 32 sent/ha-dır. Hazırda 43 rayonda arpa biçilir. Cəlilabad, Bərdə, Neftçala, Salyan və Yevlax rayonlarında […]

DMX rəisi vətəndaş qəbulu keçirəcək

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov iyunun 20-si saat 15:00-da Bakıda vətəndaş qəbulu keçirəcək. Bu barədə DMX-dən məlumat verilib. Bildirilib ki, qəbulda iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə iyunun 19-dək Bakı şəhəri, Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı şəhər regional miqrasiya baş idarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər. Qəbula […]

Vəfa Yaqublu: Sertifikasiya imtahanları müəllimlər arasında sağlam rəqabət yaradır

10 il sonra məktəblərdə sertifikasiya imtahanlarını yüksək bilikli müəllimlər keçirəcək. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı brifinqdə deyib. O bildirib ki, bununla da valideynlər artıq övladları üçün yaxşı məktəb axtarışında olmayacaqlar: “Bu prosesdə müəllimlər də maraqlıdır. Çünki bu, müəllimlər arasında […]

Azərbaycan və Belarus müdafiə nazirləri hərbi əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Minskdə belaruslu həmkarı general-leytenant Viktor Xrenin ilə danışıqlar aparıb. Bu barədə “Report” Belarus müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. Məlumata görə, danışıqlar zamanı tərəflər ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyətini müzakirə edib. Qarşılıqlı maraq doğuran sahələrdə onun intensivləşdirilməsi yollarını müəyyənləşdiriblər. Z.Həsənov qeyd edib ki, […]

Netanyahu: İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir

İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin İrana qarşı hərbi əməliyyatı davam etdirmək əzmində olduğunu bəyan edib. Hökumət başçısı mətbuat konfransında bildirib. Onun sözlərinə görə, İranın nüvə proqramı İsrailin mövcudluğuna təhdid yaradır, çünki Tehran gücünü artırmağa və nüvə silahı yaratmağa çalışır. “Hər şeydən əvvəl, İranın nüvə silahı İsrail üçün ən böyük […]

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir

Bakı Məhkəmə Kompleksində müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb. Proses Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir. Qeyd edək ki, ötən prosesdə iş üzrə zərərçəkmiş şəxslər ifadə veriblər. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan […]

XİN: İran və İsraildə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat yoxdur

İsrailin və İranın qarşılıqlı hava hücumları nəticəsində hər iki ölkədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə səfirlik və konsulluqlarımıza məlumat daxil olmayıb. Bunu APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.

Bakıda kişi tanışını bıçaqladı

Bakıda kişi tanışını bıçaqlayıb. Hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Belə ki, 1963-cü il təvəllüdlü Əbdüləli Həsənov mübahisə zamanı üzərində olan bıçaqla tanışı 1979-cu il təvəllüdlü İlkin Ələskərovu bıçaqlayıb. Əbdüləli Həsənov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Səbail rayonunun qaz təchizatı dayandırılacaq

Bu gün Bakının Səbail rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 8-ci Mədən qazpaylayıcı məntəqədən (QPM) ayrılan qaz xətlərində təmir işlərinin aparılması məqsədi ilə iyunun 17-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılcaq. […]

G7: İran böhranının həlli regionda gərginliyin azalmasına gətirib çıxarmalıdır

“İran böhranı”nın həlli Yaxın Şərqdə gərginliyin azaldılmasına və Qəzza zolağı ətrafında vəziyyətin nizamlanmasına gətirib çıxarmalıdır. Bu barədə Kanada hökumətinin bazar ertəsi dərc etdiyi “Yeddilik Qrupu” (G7) ölkələri liderlərinin birgə bəyanatında deyilir. “İran regional qeyri-sabitliyin və terrorun əsas mənbəyidir. Ardıcıl olaraq bəyan etmişik ki, İran heç vaxt nüvə silahına malik olmamalıdır. […]