Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti […]

KİV: ABŞ İranın Fordodakı nüvə obyektinə zərbələr endirə bilər

ABŞ İsrailin İrana qarşı hərbi əməliyyatlarına qoşulsa, İranın Fordodakı uranın yeraltı zənginləşdirilməsi obyektinə bir yox, bir neçə dəfə zərbə endirə bilər. Bu barədə “ABC News” mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İranın Fordo nüvə obyektini sıradan çıxarmaq fikrilə razılaşıb. Qeyd olunur ki, Vaşinqton hələ də […]

Yenidən prokuror təyin olundular

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon prokuroru Emil Abdullayev ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib. Müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Emil Abdullayev əvvəllər Sədərək Rayon Prokurorluğunda müstəntiq, Naxçıvan MR İstintaq şöbəsinin prokuror-kriminalisti və Naxçıvan MR prokurorunun beynəlxalq əlaqələr üzrə köməkçisi vəzifələrində işləyib. Baş prokurorun digər […]

Sabah Azərbaycanın 3 yaşayış məntəqəsində qaz olmayacaq

Sabah Hacıqabul, Ağsu və Neftçala rayonlarının bəzi yaşayış məntəqələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədəAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, diametri 250 mm PE “Qarasu-Padar” orta təzyiqli yeraltı qaz kəmərində kipliyin sınağı məqsədilə əlaqədar mayın 19-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək […]

Prezident: Məhkəmə-Hüquq Şurası cəmiyyətin ədalət mühakiməsinə inamının möhkəmlənməsində xüsusi rol oynamışdır

Hüquq islahatları çərçivəsində 2005-ci ildə məhkəmə hakimiyyətinin özünüidarəetmə orqanı qismində təsis edilmiş Məhkəmə-Hüquq Şurası fəaliyyət göstərdiyi 20 il ərzində hər kəsin məhkəməyə müraciət etmək imkanının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun formalaşdırılması, məhkəmə fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində və digər mühüm istiqamətlərdə […]

Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verib

Ədliyyə Nazirliyinin göstərdiyi xidmətlərin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatların davamı olaraq “Mobil icra” tətbiqi istifadəyə verilib. Bu innovativ tətbiq fiziki və hüquqi şəxslərə – həm borclulara, həm də tələbkarlara icra işlərinə dair bütün zəruri məlumatlara real vaxt rejimində çıxış imkanı yaradır. “Mobil icra” tətbiqini həm “App Store”, həm də “Google […]

Elm və təhsil naziri Çinin nümayəndə heyəti ilə görüşüb

[center][img]https://azadmedia.az/uploads/posts/2025-06/1750245415_68529788a9dbd68529788a9dbe175024320868529788a9dbb68529788a9dbc.jpg[/img][/center]İyunun 18-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin İstanbul şəhərində davam edən “Qlobal Dayanıqlı İnkişaf Konqresi” çərçivəsində Çinin 20-dək qabaqcıl ali təhsil müəssisəsinin təmsil olunduğu ölkə pavilyonunu ziyarət edib. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Belə ki, Çin pavilyonunda təmsil olunan ali təhsil müəssisələrinin fəaliyyət istiqamətləri barədə […]

Cənubi Koreyadakı sərgidə gənc azərbaycanlı rəssamların əsərləri təqdim olunub

Cənubi Koreyada təşkil edilən Beynəlxalq İncəsənət Mübadiləsi sərgisində gənc azərbaycanlı rəssamların rəsmləri təqdim olunub. Bu barədə Azərbaycanın Seuldakı səfirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib. Pyonqtek şəhərində keçirilən sərginin mövzusu “Sülh və sakitlik” olub. Tədbir Azərbaycan səfirliyi tərəfindən yerli Beynəlxalq Mübadilə Fondu ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.