Bahar Muradova: Qadınlar dünyada elm və texnologiya sahəsində çalışanların yalnız 28 %-ni təşkil edir

BMT-nin məlumatlarına görə, qadınlar dünyada elm və texnologiya sahəsində çalışanların yalnız 28%, rəqəmsal texnologiyalar üzrə iş yerlərində isə 22%-ni təşkil edir.Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “İKT-də Qadınlar” layihəsi çərçivəsində keçirilən “Rəqəmsal Sahibkarlıq” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində deyib. O qeyd edib ki, Azərbaycanda isə […]

Bakıda yeni metro stansiyalarının tikintisi ilə bağlı layihələndirilmə işlərinə start verilib

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində “Bakı Metropoliteni” QSC-də infrastrukturun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində növbəti mühüm addım atılıb. “Bakı Metropoliteni” ilə beynəlxalq təcrübəyə malik mühəndislik və layihələndirmə şirkəti olan Türkiyənin “Yüksel Proje” şirkəti arasında müqavilə imzalanıb və artıq öhdəliklərin icrasına start […]

Türkiyə səfiri Naxçıvanda səfərdədir

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Naxçıvana səfər edib. Səfir nümayəndə heyəti ilə birgə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsinə dərin ehtiram ifadə olunub. Sonra Heydər Əliyev Muzeyində olan diplomat Heydər Əliyevin həyatını və […]

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,2 ABŞ dolları, yaxud 0,29 % azalaraq 69,19 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 69,70 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]

Yevlax sakini torpaq üstündə həmkəndlisini güllələyib

Yevlaxda qətl törədilib. Hadisə bu gün saat 7 radələrində Yevlax rayonu Malbinəsi kəndinin ərazisində qeydə alınıb. Kənd sakini, 1957-ci il təvəllüdlü Əli Həsən oğlu Rəsulov, torpaq üstündə düşən münaqişə zəminində həmkəndlisi, 1985-ci il təvəllüdlü Ruslan Xanlar oğlu Mustafayevi ov tüfəngi ilə qətlə yetirib. Ə. Rəsulovu polis saxlayaraq istintaqa təhvil verib.

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 4. […]

Kürdəmirdə zəhərlənənlərin adları məlum olub

Kürdəmirdə baş verən kütləvi zəhərlənmə zamanı zəhərlənən şəxslərin adları məlum olub. Bunlar rayonun Cəyli kənd sakinləri: 2020 təvəllüdlü Xəlilov Əli Coşqun oğlu 2013-cü il təvəllüdlü Xəlilov Ömər Coşqun oğlu 1986-cı il təvəllüdlü Şükürova Asudə Əşrəf qızı 1997-ci il təvəllüdlü Şükürov Famil Habil oğlu 1974-cü il təvəllüdlü Şükürova Şamama Əjdər qızı […]

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakı şəhərinin Sabunçu, Suraxanı və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb Bildirilib ki, Sabunçu rayonunun “Yeni Ramanı” qaz xətti üzərində quraşdırılmış tənzimləyicinin, Nəsimi rayonunun H.Əliyev və C. Məmmədquluzadə küçələrinin kəsişməsində yerləşən yeraltı orta təzyiqli siyirtmənin […]

Ceyhun Bayramov Gürcüstan Prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq və yaxın dostluğu bir daha təsdiqləyərək, əsas sektorlar üzrə yüksək səviyyəli dialoqun və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Ceyhun Bayramov Gürcüstan Prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq və yaxın dostluğu bir daha təsdiqləyərək, əsas sektorlar üzrə yüksək səviyyəli dialoqun və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.