2025-2026-cı tədris ilindən ümumi təhsil müəssisələrinin tədris dilindən asılı olmayaraq VI siniflərdə də “Azərbaycan tarixi” fənni dövlət dilində – Azərbaycan dilində tədris olunacaq. Bu, yeni təsdiqlənən ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planında əks olunub. Qeyd edək ki, ötən tədris ilində bu tələb sırf V siniflərə şamil edilib.
İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü olub – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 22-də Türkmənbaşı şəhərində Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü olub. ***Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü başlayıb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Baş Prokurorluq Laçında beynəlxalq konfrans keçirir
Baş Prokurorluq Laçında “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans keçirir. “Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, konfransda Baş prokuror Kamran Əliyev, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov və onun müavini Abduraxmon Xotambekov, Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunun […]
İlin altı ayında 28 nəfər professor adı qazanıb
2025-ci ilin I yarısında 28 nəfərə professor elmi adı verilib.Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb. Belə ki, ən çox elmi ad verilən sahələr texnika və iqtisadi elmlər üzrə olub. Bundan başqa, 3 nəfərə professor elmi adının verilməsinə imtina verilib.
Azərbaycan Prezidenti Türkmənistanda işgüzar səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfərə gedib. Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin ticarət üzrə müavini Nökərqulu Ataqulıyev və digər rəsmi şəxslər qarşılayıblar.
Ermənistan və Gürcüstan Bakı ilə İrəvan arasında Vaşinqton razılaşmalarını müzakirə edib
Ermənistan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr zamanı Cənubi Qafqaz regionunda cari hadisələr və Bakı ilə İrəvan arasında Vaşinqton razılaşmaları müzakirə edilib. Məsləhətləşmələr avqustun 21-də İrəvanda Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya və Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın sədrliyi ilə keçirilib. Tərəflər iki ölkə arasında […]
Ağdərədəki yanğın zamanı mina partlayıb, xəsarət alan var
Ağdərədə baş verən yanğın zamanı mina partlayışı hadisəsi baş verib. Partlayış zamanı yanğınsöndürən Babək Zeynalov yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra onun Bərdə Müalicə və Diaqnostika Mərkəzinə aparılması nəzərdə tutulur. Hazırda yanğının söndürülməsi işləri davam edir.(Report)
TDT Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin ikinci görüşü Azərbaycanda olacaq
Türk Dövlətləri Təşkilatı (TDT) Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin ikinci görüşü Azərbaycanda keçiriləcək. Bu barədə Bişkek şəhərində TDT-yə üzv dövlətlərinin Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin ilk görüşündə qərar qəbul olunub. Bildirilib ki, tədbirdə TDT, Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan və Türkiyə nümayəndələri iştirak ediblər. Görüş zamanı müzakirə edilən əsas məsələlərdən biri Türk Dövlətləri […]
Prezident və birinci xanım Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Ağdərə rayonunun Vəngli kəndində Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Lavrov: Putin bu ilin sonuna qədər Hindistana səfər edə bilər
Rusiya Prezidenti Vladimir Putin 2025-ci ilin sonuna qədər Hindistana səfər edə bilər, hazırda bu istiqamətdə hazırlıq aparılır. Bunu ölkənin xarici işlər naziri Sergey Lavrov Moskvada hindistanlı həmkarı Subramanyam Cayşankarla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib. “Ali səviyyədə, xarici siyasət idarələri və digər dövlət qurumları səviyyəsində siyasi dialoqlarımız yüksək dinamikaya malikdir. […]