ABŞ Prezidenti Donald Tramp administrasiyasının cinayətlə mübarizə üçün Çikaqoya (İllinoys ştatı) Milli Qvardiya qoşunlarının göndərilməsi ilə bağlı konkret planı yoxdur. Bunu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens deyib. “Hazırda heç bir plan yoxdur. Lakin ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Amerika vətəndaşlarını, istər Çikaqoda, istərsə də Vaşinqtonda müdafiə etmək üçün […]
HƏMAS: Razılaşma çərçivəsində bütün girovları azad etməyə hazırıq
Fələstinin HƏMAS hərəkatı İsraillə anklavda hərbi əməliyyatların tamamilə dayandırılmasını nəzərdə tutan hərtərəfli saziş çərçivəsində Qəzza zolağında saxlanılan bütün girovları azad etməyə hazır olduğunu açıqlayıb. Bu barədə bəyanat radikalların teleqram kanalında yayılıb. “HƏMAS təsdiq edir ki, o, razılaşdırılmış sayda fələstinli məhbus müqabilində bütün girovları azad edəcək hərtərəfli razılaşmanın həyata keçirilməsinə hazırdır. […]
Lənkəranın dağ kəndində yanğın
Lənkəran rayonunun ucqar dağ kəndi olan Gərgiranda açıq sahədə başlayan yanğın Hirkan Milli Parkının ərazisinə keçib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Lənkəran yanğından mühafizə hissəsinin 2 texnikası və 15 şəxsi heyəti cəlb olunub. Aidiyyəti qurumların nümayəndələri, eləcə də Hirkan Milli Parkının rəhbərliyi hadisə yerindədir. Yanğın nəzarət altına alınıb.
Ərdoğan ABŞ-nin qərarını tənqid edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ni sentyabrda BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka getmək istəyən Fələstin diplomatlarının vizalarının ləğv edilməsi ilə bağlı qərarını yenidən nəzərdən keçirməyə çağırıb. Bu barədə Türkiyə lideri Çindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verib.
Laçın aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi yaradılacaq
Nazirlər Kabineti “Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nın və “Dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 10 sentyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, sözügedən siyahıya Laçın Beynəlxalq Hava Limanında dövlət […]
Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək
Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə olacaq. Bu barədə “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat yayıb. Bildirilib ki, sentyabrın 3-də Sumqayıt şəhərinin Çerkassı küçəsində yeni təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən işıər yekunlaşdırılana qədər 750 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Separatçıların Ermənistanda zühuru: Özünü buraxmış qondarma rejimi kim aktivləşdirir? – ŞƏRH
2025-ci ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüş Cənubi Qafqazda davamlı sülhə doğru atılan ən əhəmiyyətli addımlardan biri kimi tarixə düşdü. Görüş zamanı imzalanan bəyannamə isə regionda yeni geosiyasi reallıqları üzə çıxardı. Təbii […]
İlham Əliyev Çinin Tiencin şəhərindən qatarla paytaxt Pekinə səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Çinin Tiencin şəhərindən qatarla paytaxt Pekinə gəliblər. Dövlət başçısı və birinci xanım Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.
Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq – PROQNOZ
Sentybarın 3-də Azərbaycanda Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu, nisbi […]
Azərbaycan lideri Vyetnam Prezidentinə məktub ünvanlayıb
Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonqa təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Vyetnam Sosialist Respublikasının müstəqilliyinin 80-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost Vyetnam xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Böyük inkişaf yolu keçmiş Vyetnam […]