Bu gün səhər saatlarında Bakı metropolitenində qatarların hərəkətində ləngimələr müşahidə olunub. Modern.az-a məlumat verən sərnişinlər bildirib ki, qatarlar stansiyalar arasında bir neçə dəqiqə gözləməli olub. Nəticədə vaqonlarda sıxlıq yaranıb. Qatarlar arasında intervalda da xeyli müddət yaranıb. Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-ə rəsmi sorğu ünvanlanıb.
“Qarabağ” Çempionlar Liqasında çətin oyuna çıxır
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda daha 9 oyun keçiriləcək. Azərbaycan təmsilçisi “Qarabağ komandası İspaniya səfərində “Atletik – Bilbao” ilə üz-üzə gələcək. “San Mames” stadionunda keçiriləcək oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. “Qarabağ” bundan əvvəl keçirdiyi hər iki görüşdə qalib gəlib, “Atletik” isə hələ ki, xal […]
Mingəçevir və Ağcabədidə qaz olmayacaq
Mingəçevir və Ağcabədi şəhərlərinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi yayıb. Bildirilib ki, Mingəçevir şəhəri N. Nərimanov küçəsində abonentin qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar Mingəçevir şəhərində Ş.İ.Xətai, N.Nərimanov, A.Məmmədov, N.Gəncəvi küçələrində və H.Əliyev (2100 abonent) prospektində oktyabrın 22-də saat 10:00-dan […]
İlham Əliyev Qazaxıstan Prezidentini Azərbaycana səfərə dəvət edib
Prezident İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevi Azərbaycana 2026-cı ildə dövlət səfərinə dəvət edib. Bu barədə İlham Əliyev Qazaxıstan Prezidenti ilə Astanada mətbuata birgə bəyanatları zamanı deyib.
Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb
Milli Məclisin oktyabrın 24-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. Toplantının gündəliyinə 17 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Azərbaycan Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında 2. F.M.Abbasovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haqqında 3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında 4. Gəncə Apellyasiya […]
Bakının mərkəzi prospektlərindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bu gün saat 23:00-dan etibarən Bakı Şəhəri, Səbail rayonu, Neftçilər prospektinin Azadlıq meydanının qarşısından keçən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədər məhdudlaşdırılaraq meydan ərazisindən təmin ediləcək.Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, bu səbəbdən, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, […]
Tokayev: Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir
Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir.Bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib. “Sevindirici haldır ki, ikitərəfli əməkdaşlığın inkişafı üzrə hərtərəfli proqram (Qazaxıstan və Azərbaycan – red.) qrafik üzrə həyata keçirilir. Danışıqlar zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət […]
Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 21-də mətbuata bəyanatlarla çıxış ediblər.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşü keçirilir
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş keçirilir. Görüş Cenevrə şəhərində Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində baş tutur.
Bakıda sərnişin avtobusu qəza törədib – FOTO
Bakıda sərnişin avtobusu qəza törədib. Hadisə Neftçilər prospektində baş verib. “BakuBus”a məxsus 125 saylı sərnişin avtobusu qəza törədərək bulvar ərazisinə girib, ağaca çırpılıb. Qəza nəticəsində bir neçə ağac aşıb.(APA )