Azərbaycanda 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq – SƏRƏNCAM

Prezident İlham Əliyev peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Əmək bazarının tələblərinə uyğun səriştələr formalaşdıran yüksəkkeyfiyyətli peşə təhsili məşğulluq səviyyəsinin və əmək məhsuldarlığının artırılmasına mühüm töhfə verir. Bu sahəyə yönəlmiş tədbirlərin həyata keçirilməsinin vacibliyi son illərdə qəbul edilmiş bir sıra sənədlərdə, o […]

Azərbaycan və Gürcüstan birgə kollecin yaradılmasını müzakirə edir

Azərbaycan və Gürcüstan energetika, dərin özüllü dəniz limanları tikintisi və sualtı kabellərin çəkilməsi sahəsində mütəxəssislər hazırlayacaq birgə kollecin yaradılması imkanını müzakirə edir. Bu barədə Gürcüstan parlamentinin Təhsil, Elm və Gənclərlə İş Komitəsinin sədri Mariam Laşxinin Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə görüşünün nəticələri haqqında bəyanatında bildirilib. Məlumata əsasən, görüşdə […]

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb. Parlamentin növbəti iclası dekabrın 9-da keçiriləcək. İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. “İşsizlikdən […]

“Qobu Park”dakı yanğında zərər görən ailələrin yerləşdirilməsi üçün tədbir görülür, dəymiş ziyan müəyyənləşdirilir

5 dekabr 2025-ci il, saat 03:20 radələrində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Qobu Park-1” yaşayış kompleksinin 4-cü binasının 7-ci mərtəbəsindəki 78-ci mənzildə yanğın baş verib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Nazirliyin əraziyə gələn müvafiq bölmələri qısa müddətdə alovu söndürərək, yanğının digər mənzillərə keçməsinin qarşısını alıblar. Qaçqınların və Məcburi […]

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsində şahidlər dindirilib

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ruhan Hüseynov ifadəsində […]

Ermənistanda daha bir arxiyepiskop tutulub

Ermənistan Milli Təhlükəsizlik Xidməti arxiyepiskop Arşak Xaçatryanı saxlayıb. Bu barədə Ermənistan mediası məlumat yayıb. Din xadiminin hansı işlə bağlı saxlanıldığı hələ dəqiqləşməyib. Qeyd edək ki, Eçmiədzinin kargüzarlıq idarəsinin rəhbəri Xaçaturyan bazar ertəsi keçirdiyi mətbuat konfransında MTX-nin nümayəndələri ilə bir neçə dəfə qeyri-rəsmi görüş keçirdiyini bildirib.

Nazir: Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılması sülhün təmininə imkan yaradacaq

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistan Konstitusiyasında təsbit olunan ərazi iddialarının çıxarılmasını birdəfəlik sülhün təmin olunmasına imkan yaradacağını bəyan edib. Nazir bunu ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı deyib. “Ermənistan Konstitusiyasında hələ də qalmaqda davam edən ərazi iddialarının çıxarılması, paraflanmış ikitərəfli sazişinin imzalanmasına və onun sonrakı ratifikasiyasına və […]

Laçın və Kəlbəcərdəki yanğınlara helikopterlər cəlb olundu – Video

Laçın və Kəlbəcər rayonlarında yanğın baş verən dağlıq ərazilərə helikopterlər cəlb olunub. Alov dağ massivindəki meşə hissəsində davam etdiyindən əraziyə FHN-in Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilib. Hazırda yanğınsöndürmə əməliyyatları havadan və qurudan davam etdirilir.

Mirzoyan Vyanada Hakan Fidanla görüşüb

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Vyanada türkiyəli həmkarı Hakan Fidanla ayaqüstü görüş keçirib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ermənistan və Türkiyə XİN rəhbərlərinin təması ATƏT-in Vyanada keçirilən 32-ci Nazirlər Şurasının açılış mərasimi zamanı baş tutub.