Fon der Lyayen, Rütte və Zelenski bu gün Ukraynaya maliyyə dəstəyini müzakirə edəcəklər

Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen, NATO-nun baş katibi Mark Rütte və Ukrayna Prezidenti Volodimir Zelenski arasında bu gün axşam saatlarına görüş planlaşdırılıb. Bu barədə Brüsseldə keçirilən brifinqdə AK-nın mətbuat xidmətinin rəhbəri Paula Pinyo bildirib. Onun sözlərinə görə, danışıqların əsas mövzuları sırasında Ukraynanın maliyyələşdirilməsi məsələsinin də olacağı gözlənilir. […]

Bu il “Türk axını” ilə Macarıstana 8 mlrd. kub metr qaz tədarük ediləcək

Macarıstan Türkiyəni etibarlı tranzit tərəfdaşı hesab edir. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto “X” hesabında türkiyəli həmkarı Hakan Fidanla görüşünü şərh edərkən bildirib. “Türkiyə-Macarıstan Birgə Məsləhət Mexanizminin ilk iclası bu gün xarici işlər və müdafiə nazirlərinin, milli təhlükəsizlik müşavirləri və böyük hərbi şirkətlərin rəhbərlərinin iştirakı ilə keçirildi. Biz […]

Suriya Bəşər Əsədin devrilməsinin ildönümünü qeyd edir

Suriyada sabiq prezident Bəşər Əsədin devrilməsinin birinci ildönümü qeyd olunur. Bununla bağlı paytaxt Dəməşqdə hərbi parad keçirilib. Paradda Suriya Prezidenti Əhməd əl-Şaraa və hökumət üzvləri iştirak edib. Qeyd edək ki, ötən il dekabrın 8-də Suriyada Bəşər Əsəd rəhbərliyindəki hökumət devrilib. Beləliklə, ölkədə 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsindən sonra […]

Zelenski: Danışıqlar ərazi məsələsinə görə dalana dirənib

Danışıqlar ərazi məsələsinə görə dalana dirənib Bu barədə Prezident Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, ABŞ, Rusiya və Ukrayna arasında fərqli baxışlar var və Donbasla bağlı vahid yanaşma yoxdur. Ukrayna Prezidenti deyib ki, ABŞ-ın sülh təşəbbüsü üzrə danışıqların iştirakçıları hələ də ərazi məsələsində razılığa gələ bilmirlər. Zelenski qeyd edib ki, […]

DTX tərəfindən saxlanılan Məmməd İbrahim barəsində qərar qüvvədə saxlanılıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Apellyasiya şikayəti təmin edilməyib, həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qüvvədə saxlanılıb. Qeyd edək […]

Səfirlik: Azərbaycan Suriya ilə bərpa və yenidənqurma təcrübəsini paylaşmağa hazırdır

Azərbaycan Suriya ilə bərpa və yenidənqurma təcrübəsini paylaşmağa hazırdır. Bu barədə Azərbaycanın Suriyadakı səfirliyi “X”də paylaşım edib. “Bir il əvvəl, bu gün dünya Dəməşqin öz xalqına qayıtmasının, haqqın qanuni sahiblərinə qaytarılmasının və ədalətsizlikdən və cinayətkarlıqdan qurtuluşunun şahidi oldu. Dost Suriya xalqı böyük fədakarlıqlar göstərib”, – paylaşımda vurğulanıb. Bildirilib ki, bu […]

Prezident daha bir qəbul keçirdi

Azərbaycan Prezidenti İlham Əliyev bu gün qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib.İlham Əliyev Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) ilə “Global Infrastructure Partners” şirkəti arasında formalaşan tərəfdaşlığı yüksək qiymətləndirərək, Fondun şirkətlə birgə “Italo” sürətli dəmir yolu operatoru və […]

Televiziya verilişlərində vəziyyət qənəatəbəxş deyil

Audivizual Şura televiziya və radiolardakı reklam çarxlarında əcnəbi sözlərin istifadəsinin qarşısını tamamilə alıb. Bunu Audivizual Şuranın sədri İsmət Səttarov Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışında deyib. Onun sözlərinə görə, əvvəllər belə deyildi. “Əvvəllər tez-tez rekalm çarxlarında əcnəbi sözlərə rast […]

Masallı və Sabirabad kolleclərinə yeni təyinatlar olub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Asim Yusifov Masallı Dövlət Regional Kollecinin, Mərdan Əlizadə isə Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Asim Yusifov son təyinatadək Lənkəran Dövlət Peşə Təhsili Mərkəzində müəllim kimi […]