“mygov”la bağlı təqdim edilən videoçarx izlənmə rekordu qırdı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim olunan “mygov” platformasının yeni videoçarxı sosial şəbəkələrdə qısa müddətdə böyük maraqla qarşılanıb. Videoçarx cəmi üç gün ərzində 4 milyondan çox baxış toplayaraq izlənmə rekordu qırıb. “mygov ilə sənədlərim hər zaman üstümdədir” yeni çarxın əsas mesajıdır.  Videoçarxda vətəndaşların gündəlik həyatında qarşılaşdıqları müxtəlif situasiyalar fonunda […]

Lavrov iranlı həmkarı ilə danışdı

Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrovla Abbas Araqçı arasında telefon danışığı olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı tərəflər fevralın 17-də Cenevrədə baş tutan ABŞ-İran təmaslarının nəticələrini nəzərə alaraq İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə ediblər. Rusiya İranın qanuni hüquqlarına […]

Şənbə günü Bakıda 18 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 4-7° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunudan […]

Azərbaycanda mülki və inzibati işlər tam elektronlaşdırılacaq

Azərbaycanda mülki və inzibati işlər tam elektronlaşdırılacaq. Bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev Azərbaycan Hakimlərinin II Forumunda deyib. Onun sözlərinə görə, bununla bağlı layihə hazırlanıb, hazırda müvafiq orqanlarla razılaşdırma mərhələsindədir. S.Hacıyev həmçinin bildirib ki, rəqəmsallaşma prosesində bir çox konstitusion tələblər var: “On ildən artıqdır elektron […]

MM Avropa Şurasının “İnsan orqanlarının alverinə qarşı Konvensiya”sını ratifikasiya edib

Milli Məclis Avropa Şurasının “İnsan orqanlarının alverinə qarşı Konvensiya”sını ratifikasiya edib. Konvensiyanın ratifikasiyası haqqında qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub. Qeyd edilib ki, Avropa Şurasının “İnsan orqanlarının alverinə qarşı Konvensiya”sı 25 mart 2015-ci il tarixində Santiaqo-de-Kompostela şəhərində imzalanıb. Konvensiya preambula və 33 maddədən ibarətdir. Konvensiyanın məqsədi insan orqanlarının […]

Naməlum ABŞ təyyarəsi Rusiyanın hava məkanından Qazaxıstana uçub

ABŞ-ın “Andrews” hərbi hava bazasından havaya qalxan naməlum təyyarə Murmansk vilayəti üzərindən Rusiya hava məkanına daxil olub. Bu barədə “Ura” “Flightradar24” xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, naməlum təyyarə Rusiyadan əvvəl Qrenlandiya, Norveç və Finlandiya üzərindən uçuş həyata keçirib. Bildirilir ki, Moskva vaxtı ilə saat 09:10-da təyyarə Qazaxıstan hava məkanına […]

Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir

Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir. 600-dək məhkəmə hakimi, həmçinin Məhkəmə-Hüquq Şurası üzvlərinin qatıldığı tədbirin məqsədi hüquq ictimaiyyətini və cəmiyyəti Azərbaycanda gedən məhkəmə-hüquq islahatları barədə məlumatlandırmaqdır. Forum çərçivəsində məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar, qarşıda duran əsas vəzifələr, habelə ədalət mühakiməsi sahəsində mövcud olan müasir çağırışlar müzakirə olunacaq.

Qaradağda tarixi-mədəni abidələrə ziyan vuran şəxslər saxlanılıb

Bakının Qaradağ rayonunda tarixi-mədəni abidələrə ziyan vuran şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, qabaqcadan əlbir olan bir qrup şəxs dövlət tərəfindən xüsusi qorunan təbiət ərazilərinin mühafizə qaydalarını pozaraq qızıl axtarmaq məqsədilə Milli Tarix-Bədii Qoruqlardan birinin ərazisinə qanunsuz daxil olublar. Onlar qoruqdakı mədəni sərvət hesab […]