Rusiyada Səfərov qardaşlarının amansızlıqla öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qoyulmaqla iki nəfərin xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Azərbaycanın Baş prokuroru tərəfindən cinayət işi başlanıb.Bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, ilkin istintaqla müəyyən edilib ki, iyunun 27-də səhər saatlarında Rusiya Federasiyasının Milli Qvardiyasının, Daxili İşlər […]

Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəməsi keçirilir – GÖRÜNTÜLƏR

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan biri – Bakir Səfərovun məhkəmə prosesi başlayıb. Bakir Səfərovu barəsində iyunun 29-da seçilən 3 sutkalıq həbs-qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılır. Bu gün saxlanılan digər azərbaycanlı Əhliman Gənciyevin də məhkəməsi olacaq. Onun barəsində də ilk prosesdə […]

Ziyəddin Səfərovun qabırğalarından birini tapa bilmədik – Ekspertiza rəyi

Ziyəddin Səfərovun ölümünə səbəb kimi ürəktutma yazmışdılar. Meyiti orada məhkəmə-tibb eksperti müayinə edib. Çox maraqlıdır ki, bu cür ölümə həmin səbəbi göstərəndə o ekspert nə fikirləşib? Bunu Yekaterinburqda qətlə yetirilən qardaşların meyitlərinin Azərbaycanda yenidən keçirilən ekspertizasının nəticəsini açıqlayarkən Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət […]

Nazir: Ağdamda keçirilən beynəlxalq tədbirdə gənclərin fəaliyyət planı hazırlanacaq

Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Gənclər Forumu çərçivəsində gənclərin fəaliyyət planı hazırlanacaq. Bunu gənclər və idman naziri Fərid Qayıbov Ağdamda keçirilən beynəlxalq tədbirdə deyib. Onun sözlərinə görə, Ağdamda ECO Gənclər Forumu ilk dəfədir keçirilir: “Bu, tarixi hadisədir. Azərbaycanda uğurlu gənclər siyasəti aparılır. Ölkədə xeyli sayda gənclər təşkilatları var. Bundan başqa, […]

İlham Əliyev Ruanda Prezidentini təbrik edib

[center][img]https://azadmedia.az/uploads/posts/2025-07/1751354367_5aab8506-8af4-3b88-9658-34be7bb4866d_850.jpg[/img][/center]Prezident İlham Əliyev Ruanda Respublikasının Prezidenti Pol Kaqameyə təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Azərbaycan ilə Ruanda arasında münasibətlərin dinamik inkişaf etməsi məmnunluq doğurur. Keçən ilin noyabrında COP29-da iştirak etmək üçün Azərbaycana həyata keçirdiyiniz səfər çərçivəsində Bakıda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini və müzakirələri xoş təəssüratlarla xatırlayıram. Bu […]

Bakının bəzi yollarında tıxac yaranıb – SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 4. Heydər Əliyev prospekti, […]

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti “Baksol yolu”ndakı bədbəxt hadisəyə dair açıqlama yayıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti “Baksol yolu”nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, iyunun 26-da Bakının Nərimanov rayonunda sənaye-məişət tipli kollektorun 430-cu metrində yol örtüyünün çökməsi zamanı vətəndaşın həyatını itirməsi ilə nəticələnən bədbəxt hadisə baş verib. 1986-cı […]

İyulda Bakıda və bəzi bölgələrdə 40 dərəcə isti olacaq – AYLIQ PROQNOZ

Bu ilin iyul ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimal olunur. İyul ayının birinci yarısında ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış […]

İlham Mirzəliyev Tərtərdə vətəndaşları qəbul edəcək

“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev bu ilin iyulun 22-də saat 10:00-da Tərtər rayonunda Tərtər və Bərdə sakinləri üçün vətəndaş qəbulu keçirəcək. Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcəkdir. Qəbul Tərtər rayonu, Heydər Əliyev Mərkəzində keçiriləcək.