Bakı İllüziya Muzeyi – paytaxtda yeni açılan və Azərbaycanda bu konseptdə ilk olan interaktiv və əyləncəli muzeylərdən biridir. Muzey ziyarətçilərə reallıq və illüziya arasındakı sərhədləri fərqli formada hiss etdirmək üçün xüsusi dizayn olunub. Muzey 3 mərtəbədən və ümumilikdə 20 müxtəlif tematik otaqdan ibarətdir. Burada ziyarətçilər üçün bir-birindən maraqlı və fərqli […]
Şeyxülislam Yaxın Şərqdə baş verən gərginliklə bağlı tərəfləri dialoqa çağırıb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Yaxın Şərqdə baş verən gərginliklə bağlı tərəfləri dialoqa çağırıb. QMİ sədri bu barədə Ramazan bayramı namazından sonra jurnalistlərə açıqlamasında danışıb. O bildirib ki, prosesdə xalqlar əziyyət çəkir: “Yaxın Şərqdə baş verən gərginliklərlə əlaqədar çağırışım odur ki, raketlər yerini qələmlərə, qarşıdurma isə diplomatiya […]
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Ramazan bayramı münasibətilə paylaşım edilib.Paylaşımda deyilir: “Hörmətli həmvətənlər! Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm”.
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Ramazan bayramı münasibətilə paylaşım edib. Paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm! Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, hər kəsə sağlamlıq və xoşbəxtlik, dünyamıza sülh və əmin-amanlıq bəxş etsin!”.
Azərbaycanda Novruz bayramı qeyd edilir
Bu gün – martın 20-i Azərbaycanda Novruz bayramı qeyd edilir.Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu təntənəli və həm də yeni ilin, yeni günün – Novruzun gəlişinə azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su, Od, Yel və Torpaq çərşənbələri qeyd olunur. Xalq […]
TURAL NİFTALIYEVXALQIMIZI BELƏTƏBRİK EDİB
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin sabiq təbliğat və təşviqat üzrə inspektoru ( mətbuat katibi ), təqaüddə olan polis zabiti Tural Niftalıyev milli və müqəddəs bayramlarımız olan Ramazan və Novruz bayramları münasibəti ilə xalqımızı təbrik edib. Təbrikdə deyilir: Azərbaycanda Ramazan bayramı, həmdə milli – mənəvi həmrəyliyin, zəngin ənənələrin […]
Sabah bəzi rayonlarda güclü külək əsəcək, dolu düşəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB
Martın 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qobustan, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Qazax, Ağstafa, Tovuz, Şirvan, Lerik, Yardımlı, Yevlax və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq […]
ANAMA: Azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina riski davam edir
Azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina riski davam edir. Bununla bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əhaliyə müraciətində qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən qəbiristanlıqlara Novruz Bayramı günlərində vətəndaş ziyarəti ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Bildirilib ki, bir çox qəbiristanlıqlar minalanmış ərazilərdə yerləşir: “Vətəndaşlarımızın doğma torpaqlara və əzizlərinin […]
Azərbaycan və Bolqarıstanın hərbi polislərinin əməkdaşlığı müzakirə olunub
Azərbaycan hərbi polisinin nümayəndə heyətinin Bolqarıstana səfəri çərçivəsində hər iki ölkənin hərbi polislərinin əməkdaşlığı müzakirə olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyinin Hərbi Polis İdarəsinin bir qrup nümayəndə heyəti Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfər edib. Səfər çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini […]
İsrail ordusu Qəzzada HAMAS-ın yüksək rütbəli kəşfiyyat komandirini öldürüb
HAMAS-ın Xan Yunis briqadasının kəşfiyyat komandiri Məhəmməd Əbu Saleh dünən Qəzzada İsrail ordusunun əməliyyatı nəticəsində öldürülüb. Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb. “Məhəmməd Əbu Saleh dəqiq zərbə nəticəsində öldürülüb. Hücumdan əvvəl mülki şəxslərə dəyən ziyanın minimallaşdırılması üçün tədbirlər görülüb”, – məlumatda qeyd olunub. Məhəmməd Əbu Salehin 7 oktyabr […]