Sosial şəbəkələrdə Ermənistan ordusunun hərbçilərinin Azərbaycan sərhədçilərinə atəş açması anı ilə bağlı görüntülər paylaşılıb. Videoda görünür ki, Azərbaycan hərbçiləri Azərbaycan ərazisində bayrağımızı qaldırarkən onlara atəş açılır. Üstəlik bizim hərbçiləri Rusiya sülhməramlıları da müşayiət ediblər. Qeyd edək ki, bu gün saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən […]
Hakan Fidan Azərbaycan xalqını təbrik etdi – FOTO
Türkiyənin xarici işlər naziri Hakan Fidan 15 İyun Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib. Bu barədə nazirin “Tvitter” hesabındakı paylaşımında deyilir. “Bu gün həm Can Azərbaycanın Milli Qurtuluş Günüdür, həm də aramızdakı təbii müttəfiqliyi daha da gücləndirən “Şuşa Bəyannaməsi”nin ildönümüdür. Təbrik edirik! Acımız, sevincimiz hər zaman bir yerdə olan […]
“Öz torpaqlarımızı döyüşərək geri qaytardıq” – Dövlət başçısı
Bilirsiniz ki, 30 il ərzində Azərbaycan Ermənistanla danışıqlarda iştirak edirdi, onlar da heç bir nəticə vermədi. Yalnız bizim hərbi gücümüz və Azərbaycan Ordusunun döyüş ruhu ərazi bütövlüyümüzü bərpa etdi. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib. Ərazi bütövlüyümüzün bərpasının […]
Ermənistan silahlı qüvvələrinin 2 snayperi zərərsizləşdirildi
Ermənistan silahlı qüvvələrinin 2 snayperi zərərsizləşdirilib. Bu barədə “Caliber” məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə atəş açaraq hərbi qulluqçumuzu yaralamış Ermənistan ordusunun iki snayperi Azərbaycan Silahlı Qüvvələrinin keçirdikləri cavab tədbirləri nəticəsində məhv ediliblər.
“Ermənistanla bu zaman münasibətlərimizi bərpa edə bilərik” – Pakistan Baş naziri
“Ermənistanla artıq sülh sazişi üzərində danışıqlar gedir”. Bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı deyib. “Bildiyiniz kimi, Pakistan Ermənistanla diplomatik münasibətləri qurmayan bir neçə ölkədən biridir. Bu bizim mənəvi öhdəliyimizdir. Siz Ermənistanla sülh sazişini imzalayandan sonra bizə mesaj versəniz, biz bu məsələyə baxa […]
Ermənilər Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutublar – RƏSMİ
İyunun 15-i saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.
Zaqatalada ekologiyaya vurulan ziyan – KİMDİR CAVABDEH?
DogrusozTv.az saytı Zaqatala meşəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı oxucularına məlumat vermişdi. Redaksiya olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Şəki Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (RETSİ) rəhbərliyini də telefonla məlumatlandırmışdıq. İdarə rəsmisi həmin yerə artıq baxış keçirildiyini, aşkar olunan fakt üzrə toplanmış materialın araşdırma aparılması üçün aidiyyəti üzrə […]
Repetitor yanına getməyin dəbə çevrilməsi məktəbə və müəllimə olan ictimai etibarı azaldır
Repetitorluğun şagirdləri məktəb mühitindən uzaqlaşdırması barədə indiyədək bir çox kütləvi informasiya vasitələrindəı, eləcə də “Doğru Söz” qəzetində xeyli tənqidi məqalələr dərc olunub. Həmin səbəbdən məktəblərdə dərsə davamiyyətin çox aşağı düşməsi, şagirdlərin yalnız seçdikləri ixtisas qruplarına uyğun fənləri oxumaları, bunun isə şəxsiyyətyönümlü təhsillə ziddiyyət təşkil etməsi, məktəbin əhəmiyyətini azaltması haqda çox […]
Hulusi Akar və Soyluya yeni vəzifə verildi
Türkiyədə mayın 14-də AK Partiyadan millət vəkili seçilən və Türkiyə Böyük Millət Məclisinə daxil olan keçmiş nazirlərə Məclisdə yeni vəzifə verilib. Türkiyənin sabiq daxili işlər naziri Süleyman Soylu, keçmiş ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Ətraf Mühit Komissiyasına, həmçinin keçmiş Sənaye və Texnologiya naziri Mustafa Varank Sənaye, […]
“Çörəkpulu” ləğv olunur? – “Qaçqınkom”dan AÇIQLAMA
Bəzi media subyektləri “VÖEN-i olan və sahibkar kimi fəaliyyət göstərən məcburi köçkünlərə dövlət tərəfindən verilən “çörəkpulu” avqust ayından etibarən dayandırılacağı” barədə məlumat yayıblar. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar olaraq bildiririk ki, məcburi köçkünlərin sosial müdafiəsi və yaşayış şəraitinin yaxşılaşdırılması […]