Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat bir sıra qanun pozuntuları ilə bağlıdır. Hələ ki, saxlanılan yoxdur. Qeyd edək ki, əməliyyat zamanı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və digər vəzifəli şəxslərin saxlanıldığı məlumatı təkzib edilib. Baş Prokurorluqdan isə bildirilib ki, yayılan […]
“Fənərbaxça” – “Qalatasaray” matçının saatı dəyişdirildi
Türkiyə Superkuboku çərçivəsində baş tutacaq İstanbul derbisinin başlama saatı dəyişdirilib. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Belə ki, “Fənərbaxça” ilə “Qalatasaray” arasında keçiriləcək Superkubok matçı Bakı vaxtı ilə 22:30-da baş tutacaq. Qeyd edək ki, matç aprelin 7-si Şanlıurfada “11 Nisan Stadionu”nda oynanılacaq.
“Kişilik məktəbi”: Hərbi çağırış sistemindən yenilik nələr vəd edir…
Azərbaycanda son zamanlar hərbi xidmətə çağırış sistemində islahatlar aparılır. Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis təyin edilib. Yenixeber.org: Səfərbərlik Xidmətinin bu yaxınlarda dərc etdiyi rəsmi açıqlamada deyilir ki, 2023-cü ilin may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ […]
Gürcüstanda xərçəng xəstələri etiraza qalxdı – Baş nazirlə görüş tələb olunur
Gürcüstanda xərçənglə mübarizə aparan vətəndaşlar və onların ailə üzvləri baş nazirlə görüş tələb edirlər. Onların keçirdiyi aksiyanın şüarı “Mən yaşamaq istəyirəm!” şəklindədir. Mitinq iştirakçıları hökumətin xərçənglə mübarizə proqramının indiyədək xeyirdən çox problem gətirdiyini bildiriblər. Bürokratiya ucbatından xərçəng xəstələri dövlətin əməliyyat və müalicə üçün vəd etdiyi maliyyə vəsaitini aylarla gözləyirlər, həyati […]
“AŞPA-dakı çirkin kampaniya nümayəndə heyətimiz üçün dözülməz olub”
“Azərbaycan beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edən zaman bildirib. Dövlət başçısı bundan sonra bir sıra Avropa təsisatları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı kampaniyanın başlandığını və bunun qərəzli xarakter […]
İrəvanda saxlanılan hərbçimizin atası: Görüş olacaq
Xəbər verdiyimiz kimi, 28 fevral tarixində Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Ermənistan mətbuatının məlumatına görə, hərbçimiz sözügedən ölkə tərəfindən saxlanılıb və onun barəsində müxtəlif maddələrlə uydurma cinayət işi açılıb. Axar.az xəbər verir ki, Ruslan […]
Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq? – RƏSMİ
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi 3 mart tarixində (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. 30 şəhər və rayonda təşkil olunan imtahanda 52 mindən artıq şəxs iştirak edib. Modern.az buraxılış imtahanının nəticələrinin nə vaxt elan ediləcəyini öyrənmək üçün Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi […]
Ermənistan və Azərbaycan sülhə ilk dəfədir ki, bu qədər yaxındır – Türk deputat
Avropanın və digər dövlətlərin Azərbaycana qarşı təzyiqləri bizim üçün yox hesab edilir. Bunu TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin deputat Osman Mesten TÜRKPA-nın Hüquq məsələləri və Beynəlxalq əlaqələr komissiyasının 11-ci iclasında deyib. “Azərbaycan-Ermənistan münasibətlərinə gələrkən deyə bilərəm ki, iki ölkə tarixləri boyunca sülhə ilk […]
Azərbaycanda kino ittifaqları birləşir – İkitirəliyə son verilir…
Martın 5-də Azərbaycanda olan kino ittifaqlarının – Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı baş tutacaq. Konfransın gündəliyində duran məsələlərə ittifaqların rəsmi birləşməsi, sədrinin və idarə heyətinin seçilməsi daxildir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə […]
Qarabağa köç edənlərin evləri satışa çıxarıldı – QİYMƏTLƏR
Məcburi köçkünlər üçün tikilən evlərin satışı dayandırılmayıb. Yenixeber.org-un məlumatına görə, satış prosesinin ötən iyulun 1-dək sonlandırılması gözlənilsə də hələ də satılmayan, öz alıcısını gözləyən mənzillər var. Bu mənzillərin qiyməti mərtəbəsinə, otaq sayına, ölçülərinə görə fərqlənir. Məsələn, Bakının Ümid qəsəbəsində satışa çıxarılan 83,5 kvadrat metr sahəsi olan üçotaqlı mənzilin qiyməti 58 […]