Martın 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
Ağır qəzada ölən Cavid vəzifəli şəxsin oğlu imiş – Foto
Martın 3-ü Göygöldə ağır qəzada həyatını itirən 26 yaşlı sürücü vəzifəli şəxsin övladı imiş. İdarə etdiyi “BMW X5” markalı avtomobillə qəzaya düşən Cavid Mürsəlov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 12 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin rəisi Elşən Mürsəlovun oğludur. Bildirilir ki, hadisə Cavid toydan çıxdıqdan sonra, gecə saat […]
On bir ayın sultanı gəlir…
On bir ayın sultanı Ramazan ayının başlanmasına sayılı günlər qalır. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli məlumat verib. O bildirib ki, martın 11-dən etibarən Ramazan ayı başlayır. Qədr gecələri 28, 30 mart, 1 və 5 aprelə təsadüf edəcək. S.Məmmədlinin sözlərinə görə, Ramazan bayramının aprelin […]
Bu gün insanları ruhən təmizləyən, mənən gücləndirən Od çərşənbəsidir
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur. Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir. Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə […]
Cənubi Koreyada minlərlə həkimə qarşı sanksiya: Lisenziyaları ləğv ediləcək
Cənubi Koreyada stajor həkimlərlə hökumət arasında qarşıdurma davam edir. Cənubi Koreya hökuməti universitetlərə daha çox tibb tələbəsinin qəbul olunması ilə bağlı plana etiraz edən və tətilə çıxan həkimlərə qarşı sanksiyaların tətbiq olunacağını bildirib. Bu barədə Cənubi Koreya Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən açıqlamaya görə, hökumətin işə qayıtmaq əmrinə tabe […]
“Qarabağ”-“Bayer 04” oyununda məhdudiyyətlər olacaq – UEFA-dan XƏBƏRDARLIQ
Martın 7-də Avropa Liqasının 1/8 finalında “Qarabağ” “Bayer 04″lə üz-üzə gələcək. Qarşılaşmadan öncə UEFA görüşün təşkili ilə bağlı Ağdam təmsilçisinə xəbərdarlıq edib. Məlumatı klubun mətbuat katibi Anar Hacıyev də təsdiqləyib. “Köhlən atlar”ın rəsmisinin sözlərinə görə, qurum Ağdam təmsilçisinə bloger və azarkeşlərin davranışları ilə bağlı xəbərdarlıq edib: “Bu məsələ ilə bağlı […]
Azərbaycanda şirkət rəhbəri həbs edildi – 875 min manatlıq dələduzluq
Azərbaycanda taxılın tədarükü və satışı ilə məşğul olan “Orucoğlu Aqro” MMC şirkətinin təsisçisi və direktoru Qulu Orucov cinayət məsuliyyətinə cəlb edilib. 1987-ci il təvəllüdlü Qulu Orucov barəsində Cinayət Məcəlləsinin 178.4-cü (Xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə üç şirkət və bir fiziki şəxs zərərçəkmiş şəxs […]
Sabah bu ərazidə qaz olmayacaq
Xətai rayonu, Cavanşir küçəsində yeraltı d325 mm-lik qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bu barədə “Azəriqaz” İB-dən bildirilib. Məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev küçələrinin və Zığ yolu ərazisindəki yaşayış massivinin qaz təchizatında […]
Teleqramın işində problem yarandı
Teleqram sosial şəbəkəsinin işində problem yaranıb. Bu barədə “Downdetector” məlumat yayıb.
Qrossi Rusiyaya gedəcək
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi martın 5-də Rusiyaya səfər etməyi planlaşdırdığını bildirib. Bu barədə RİA Novosti məlumat yayıb. Qrossinin sözlərinə görə, səfər zamanı o, Zaporojye Atom Elektrik Stansiyası (ZAES) ətrafında hərbi fəaliyyət problemini müzakirə edəcək. O bildirib ki, oradakı vəziyyət hələ də “qeyri-sabit” kimi xarakterizə edilə […]