Xudafərin-Qubadlı-Laçın yolunun tikintisi sürətləndirilir – VİDEO

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən […]

Gənc qadın nişanlısı tərəfindən mağazada vəhşicəsinə döyüldü – VİDEO

İstanbulda yaşayan İlayda Ötünç adlı gənc qız nişanlısı Barış Çatak tərəfindən ölümcül döyülüb.Dəqiqələrcə döyülən 21 yaşlı gənc qadın nişanlısı barəsində uzaqlaşdırma qərarı çıxartdırıb.Hadisə anı təhlükəsizlik kamerasına anbaan əks olunub.Bədəninin müxtəlif nahiyələrindən yaralanan gənc qadın yaşadığı dəhşətdən danışıb.Sözügedən görüntüləri təqdim edirik:

Hər il martın 14-də qeyd olunan “Pi” günü

Dünyada məktəblilərdən tutmuş alimlərə qədər bütün riyaziyyat həvəskarları 14 martda “Pi” gününü qeyd edirlər. Pi ədədinin ən çox istifadə olunan bəsit qiyməti 3,14-dür.  “Pi” günü ilk dəfə 1988-ci ildə fizik Larri Şounun San-Fransiskodakı Exploratorium elm muzeyində qeyd olunub. 2009-cu ildə ABŞ Konqresinin Nümayəndələr Palatası riyaziyyat və elmə marağı daha çox […]

Yaxın vaxtlarda bir neçə dərman müəssisəsi istifadəyə veriləcək

“Dərman vasitələri haqqında” Qanuna edilən dəyişikliklərdən sonra ölkəmizdə dərman istehsalı sənayesinin yaradılmasının şahidi olduq. Artıq bir neçə dərman istehsalı müəssisəsi istifadəyə verilib, bir neçəsinin isə yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin martın 14-də keçirilən iclasında “Dərman vasitələri haqqında” Qanun layihəsinin müzakirəsində çıxış […]

Artıq bu regionda ədavətə son qoymaq vaxtıdır – Prezident

İndi Qarabağ məsələsi artıq bağlanıb, hazırda biz sülhə çox yaxınıq. Bu barədə Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. Azərbaycanın sülh prosesini davam etdirməyə hazır olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində […]

Ən çox şikayət olunan banklar bağlana bilər?

Mərkəzi Bank ən çox şikayət olunan bankların siyahısını yayımlayıb. Göstəricilər 3 kateqoriyaya ayrılıb. Az şikayət olunanlar yaşıl, orta şikayət olunanlar sarı, çox şikayət olunanlar qırmızı rəngdə verilib. Bu siyahıda 9 bank qırmızı rəngdə göstərilib. Ən çox şikayət edilən bank 5,26 indeksi ilə “Bank of Baku” seçilib. “Bank VTB Azərbaycan” siyahıda […]

Moskva meri Rusiya prezidentini seçməyə çağırdı: 4 namizəd var

Moskva meri Sergey Sobyanin özünün Teleqram kanalında moskvalıları Rusiyada keçirlən prezident seçkilərində iştirak etməyə və öz gələcəyini və yaxınlarının gələcəyini etibar edə biləcək şəxsə səs verməyə çağırıb. Sobyanin bu haqda yazıb: “2024-cü il martın 15-dən 17-dək Rusiya Federasiyasında prezident seçkiləri keçiriləcək. Biz prezidentliyə namizədlərə səs verməklə, heç bir mübaliğəsiz xalqımızın […]

Avropa Parlamenti Rusiyadakı seçkilərə müşahidəçi göndərməyəcək

Avropa Parlamenti Rusiyadakı seçkilərə müşahidəçi göndərməyəcək. “Avropa Parlamenti bu seçki prosesini müşahidə etməyəcək və buna görə də nə prosesin özünü, nə də nəticələrini şərh etməyəcək. Avropa Parlamentinin heç bir üzvünə bu seçki prosesini müşahidə etmək səlahiyyəti verilməyib”, – deyə qeyd olunub. Sənəddə vurğulanır ki, Avropa Parlamentinin hər hansı üzvü bu […]

Bu gün gözlər Almaniyada olacaq: “Bayer” – “Qarabağ”

Bu gün UEFA Avropa Liqasında 1/8 finala yekun vurulacaq. Azərbaycan təmsilçisi “Qarabağ” da bu gün 1/8 finalın cavab matçına çıxacaq. Komandamız Almaniyada yerli “Bayer”in qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 00:00 başlayacaq. Matçı ingiltərəli məşhur hakim Entoni Teylor idarə edəcək. Komandalar arasında Bakıda keçirilən görüşdə 2:2 hesabı qeydə alınıb.  […]

Dünən həlak olan polislərin FOTOLARI

Xəbər verdiyimiz kimi, ötən gün işğaldan azad olunan əraziyə ezam olunan iki polis əməkdaşı xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.Yenixeber.org-un məlumatına görə, həlak olan polis əməkdaşları Ramiz İsmayılov və Abid Mustafazadədir.Həlak olan polislərin fotolarını təqdim edirik: Ehtiyatsız davranış səbəbindən həyatını itirən iki polis