Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Rəhim Məmməd oğlu Məmmədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb
İlham Əliyev icra başçısını işdən AZAD ETDİ
Elşad Novruz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
“Niyə bizdə qiymətlər aşağı düşmür?” – Deputat
“2023-cü ildə ÜDM-nin 2,7 faizi artımı proqnozlaşdırılır. Lakin 2 ayın göstəricilərinə görə biz cəmi 0,4 faiz artıma nail olmuşuq. Deməli belə getsə yenidən Dövlət Neft Fondundan əlavə vəsaitlərin götürülməsinə məcbur olacayıq. Buna görə bir çox istiqamətdə sistemli addımlar atılmalıdır”. Bunu deputat Əli Məsimli Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı deyib. […]
Həcc ziyarətinin qiyməti niyə bahalaşıb? – QMİ açıqladı
“Bu il müqəddəs Həcc ziyarətinin təşkili ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının Həcc işləri üzrə Nazirliyinin irəli sürdüyü şərtlər və yenilənmiş qaydalar əsasında, habelə qiymətləri sərbəst təyin edən mehmanxana, yerüstü daşıma və digər xərclərdə artım müşahidə olunması səbəbindən ziyarətin qiyməti ötən ilkinə nisbətən artıb”. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat […]
Sabah hava necə olacaq?
Martın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam saatlarında duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-18° isti olacaq. […]
Eldar Sultanov təqaüdə göndərildi
Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanovun qulluq keçməsinə xitam verilib. Eldar Sultanov, qulluqda olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. Baş prokuror Kamran Əliyev tərəfindən ona “Prokurorluğun fəxri işçisi” döş nişanı təqdim edilib. Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiq […]
“İmtahan zalına bıçaq və qumbara keçirmək istəyiblər” – Məleykə Abbaszadə
“Əvvəllər imtahan zalına hansısa alətləri keçirmək istəyiblər, imtahan zalına bıçaq və qumbara keçirmək halları da olub”. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, kriminal xronikanı heç vaxt şişirtməyiblər: “Çünki hüquq-mühafizə […]
“Azərbaycandakı inflyasiya əsasən idxal edilib” – Əli Əsədov
“İnflyasiya son illərdə bütün dünyada ciddi problemə çevrilib. O cümlədən, ticarət tərəfdaşımız olan ölkələrdə inflyasiya templərinin artması müşahidə edilmiş, orta illik inflyasiya 20,4% olub. Bu proses ölkə daxilində qiymətlərin ümumi səviyyəsinin artmasına da təsir göstərib”. Bunu Milli Məclisdə çıxışı zamanı Baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, 2022-ci […]
Sabahdan Azərbaycanda 9 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar 9 günlük tətil başlayır. Qeyri-iş günləri martın 18-də başlayacaq və martın 26-da isə son qeyri-iş günü olacaq. Belə ki, Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2023-cü il mart ayının 20, 21, 22, 23, 24-ü […]
Çempionlar Liqası: Mövsümün son püşkü atılacaq
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü atılacaq. UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutacaq mövsümün son püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə “kor püşk” olacaq. Yəni mübarizəni davam etdirən 8 komandanın hər biri istənilən kluba rəqib ola bilər. […]