Azərbaycanda tələbə faciəli şəkildə öldü

alfonsonri

Tərtərdə Sumqayıt Dövlət Universitetinin tələbəsi dünyasını dəyişib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, universitetin Fizika fakültəsinin I kurs tələbəsi Şirinzadə Allahverdi dünən Tərtərdə ehtiyatsızlıqdan dərəyə yuvarlanıb və başından ağır zərbə alaraq dünyasını dəyişib.

“Qarabağ deyəndə anlayanlarla yol gedirik” – Ərdoğan

alfonsonri

Biz Ayasofya, Qarabağ deyəndə anlayanlarla bərabər yol gedirik. Bunu  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli mediaya açıqlamasında deyib. “Birinə Ayasofiya dediyimdə haradan-haraya gəldiyimizi anlayır. Kiməsə Qarabağ dediyimdə anlayan olur. Birinə Qara Dənizdən çıxaracağımız qazı, kiməsə PUA-larımızı dediyimdə gəldiyimiz yolu anlar. Amma bunları hələ də anlamayanlar var” –  deyə o bildirib. 

Bu gündən Ramazan ayı başlayır

alfonsonri

Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb. Bu il Ramazan ayının başlanması martın 23-nə təsadüf edir. Təqvimə əsasən, Əhya gecələri 9 aprel (Ramazanın 18-ci günü), 11 aprel (Ramazanın 20-ci günü), 13 aprel (Ramazanın 22-ci günü) və 17 aprelə (Ramazanın 26-cı günü) təsadüf edəcək. Şəvval ayının 1-i (21 aprel) Fitr (Ramazan) bayramıdır.

Gizlicə ABŞ-a aparılan 12 tarixi əsər Türkiyəyə qaytarılır

alfonsonri

ABŞ-da ələ keçirilən Anadoluya aid 12 tarixi əsər məhkəmə qərarı ilə Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğuna təhvil verilib. Uzun müddət davam edən sınaqlar nəticəsində əsərlər Nyu-Yorkdakı baş konsul Reyhan Özgür və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin rəsmilərinin iştirak etdiyi Manhetten Rayon Prokurorluğunda təşkil olunan mərasimdə geri qaytarılıb. Baş konsul R.Özgür mərasimdəki […]

Dünya Bankı: “Ukraynanın bərpası üçün 411 milyard dollar lazımdır”

alfonsonri

Müharibədən sonra Ukrayna iqtisadiyyatının bərpası 411 milyard dollara başa gələcək ki, bu da ölkə üzrə 2022-ci ildə gözlənilən ÜDM-dən 2,6 dəfə çoxdur. Bu barədə Dünya Bankının yeni araşdırmasında məlumat verilib. Məbləğ keçən ilin sentyabrında açıqlanan 349 milyard dollarlıq proqnozla müqayisədə kəskin artıb. Dünya Bankının məlumatına görə, ən böyük proporsional artım […]

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

alfonsonri

Sabah saat 08:00-dan martın 24-ü saat 22:00–a qədər Bakının Nizami rayonunun Müzəffər Nərimanov küçəsində (Heydər Əliyev prospektindən Pəhlivan Fərzəliyev küçəsinə qədər olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, buna səbəb aparılacaq təmir işləridir. Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun […]

Ramazan bayramı ilə bağlı neçə qeyri-iş günü olacaq? – TƏQVİM

alfonsonri

Aprel ayında Ramazan bayramı münasibətilə 4 gün qeyri-iş günü olacaq. Belə ki, aprel ayının 21, 22-də Ramazan bayramı qeyd olunacaq. 2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 24 aprel istirahət günüdür. Beləliklə də, aprel ayında 12 gün qeyri-iş […]

Əfqanıstan və Pakistanda zəlzələ nəticəsində 13 nəfər öldü – Yenilənib

alfonsonri

Xəbər verdiyimiz kimi, ötən gün Əfqanıstanda 6,8 bal gücündə zəlzələ baş verib. Güclü zəlzələ 8 ölkədə də hiss olunub. Dogrusoztv.az TASS-a istinadən xəbər verir ki, zəlzələ nəticəsində Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində azı 9 nəfər ölüb. Əfqanıstanın şərqindəki Laqman əyalətində isə iki nəfər həyatını itirib. Təbii fəlakət nəticəsində daha […]

Ermənistan MN-in yalanının üstü açıldı: Əsir götürüldüyü iddia edilən azmış hərbçi tapıldı

alfonsonri

Ermənistan Azərbaycan tərəfindən əsir götürüldüyünü iddia etdiyi hərbçisini tapıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Belə ki, martın 21-də avtomobillə hərbi istehkamlara ərzaq apararkən itkin düşən Ermənistan Silahlı Qüvvələrinin hərbçisi M.Q. martın 22-də aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılıb. Əsgərin həyatı üçün təhlükənin olmadığı vurğulanır. Xatırladaq ki, martın 21-də erməni […]

Azərbaycanda oğlanın qollarını bağlayıb şantaj etdilər

Xaçmaz sakininin əllərini bağlayıb fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 3 500 manat alan şəxs saxlanılıb. Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, martın 20-də Xaçmaz rayon sakini E.Kərimov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ötən il oktyabr ayında həmyerlisi A.Əlislamovun oğurluq məqsədi ilə həyətinə girməsini, […]