“TikTok”dakı videoları ilə tanınan Tosu Zəngilanlı (Əbülfət Abbasov) vəfat edib. Bu barədə onun yaxınları məlumat paylaşıblar. İlkin məlumata görə, o, ötən axşam toy məclisindən evə gəldikdən sonra yatıb, səhər oyanmayıb. 1993-cü il təvəllüdlü Ə.Abbasovun nəfəs darlığından əziyyət çəkdiyi bildirilirdi.
Erməni nazir Qarabağla bağlı mövqeyini açıqlamaqdan çəkindi
“Mənim Qarabağla bağlı mövqeyim hökumətin proqramında öz əksini tapıb”. Dogrusoztv.az “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın fövqəladə hallar naziri Armen Pambuxçyan KİV nümayəndələrinin suallarına cavab verərkən deyib. Məlumata görə, Pambuxçyan jurnalistlərin ““Artsax” heç vaxt Azərbaycanın tərkibində olmayacaq” deyimi ilə razılaşıb-razılaşmadığı barədə suala cavabında deyib: “Mənim mövqeyim hökumətin proqramında əks […]
Latviya lideri İlham Əliyevi təbrik edib
Latviya Respublikasının Prezidenti Egils Levits Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Zati-aliləri. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, Azərbaycana və xalqınıza davamlı sülh və firavanlıq arzulayıram. Qəti inanıram ki, Latviya ilə Azərbaycan arasında qurulmuş sıx əməkdaşlıq qarşıdakı illərdə daha da inkişaf edəcək […]
Neftin sürətlə bahalaşmasının SƏBƏBİ
Neftin dünya bazar qiymətində yenidən kəskin artımlar qeydə alınıb. Belə ki, yalnız may ayında Brent markalı neftin qiyməti 17 faiz artaraq hər barel üçün 105 dollardan 123 dollaradək yüksəlib. Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, “qara qızılın” qiymətindəki artımlar Çində karantin qaydlarının yumşalması və Brüsseldə Avropa İttifaqının […]
Dövlət imtahanının ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMA
Təhsil Nazirliyi ali məktəblərdə yekun dövlət imtahanının ləğvi ilə bağlı təkliflərə münasibət bildirib. Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qeyd edib ki, bu məsələ müvafiq normativ aktlarla tənzimlənir. O xatırladıb ki, “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə […]
İlham Əliyev Putinə zəng etdi – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli razılaşmalarının regionda dinc həyatın nizamlanması və sabitliyin […]
Parlamentin yaz sessiyası başa çatdı – YENİLƏNİB
Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçirilib. Toplantıda 7 məsələ müzakirə olunaraq qəbul edilib. İclas başa çatdıqdan sonra spiker Milli Məclisin 2022-ci il yaz sessiyasını bağlı elan edib. Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə parlamentin yaz sessiyası başa çatıb. Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın […]
İlham Əliyev Laura Loxmanı qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxmanı qəbul edib. Söhbət zamanı Cənub Qaz Dəhlizinin fəaliyyətinə toxunulub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qazla təmin olunmasının şaxələndirilməsində rolu vurğulanıb. Ölkəmizdən Avropaya qaz ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan ilə […]
Kamran Əliyev bu tarixdə vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev cari il iyunun 7-də saat 10:00-da Şəmkir rayon prokurorluğunun inzibati binasında Şəmkir, Gədəbəy və Daşkəsən rayon sakinlərinin qəbulunu keçirəcək. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şəmkir rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə […]
Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvləri kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən plenar iclasında 2 nəfər Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinə üzv təyin edilib. Bunlar Rəşad Temraz oğlu Orucov və Əliyar Qəhrəman oğlu Məmmədyarovdur. R.Orucov 1978-ci ildə Bakıda anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsi […]