Ərdoğan: Azərbaycan və Gürcüstanla birlikdə regional təhlükəsizliyə töhfə verməkdəyik

Azərbaycan və Gürcüstanla birlikdə regional təhlükəsizliyə töhfə verməkdəyik. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, parlament sədrləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi planlaşdırılır. R.T.Ərdoğan, həmçinin qeyd edib ki, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli mexanizmi regional proseslərdə mühüm rol oynayır.

Tacikistan Prezidenti İlham Əliyevi Ermənistanla Birgə Bəyannamənin imzalanması münasibətilə təbrik edib

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə ABŞ-də Ermənistanla imzalanan Birgə Bəyannamə münasibətilə təbrik edib. Tacikistan Prezidentinin məktubunda deyilir: “Ermənistan Respublikası ilə iki ölkə arasında möhkəm sülhə nail olunmasına yol açan Birgə Bəyannamənin imzalanması münasibətilə Sizi və dost Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Bu tarixi hadisəni alqışlayır, böhranların və […]

Xəzəryanı ölkələrin sammiti 2026-cı ildə Tehranda keçiriləcək

Xəzəryanı dövlətlərin sammiti 2026-cı ilin avqustunda Tehranda keçiriləcək. Bu barədə İranın Türkmənistandakı səfiri Əli Mojtaba Ruzbehani bildirib. “Məmnuniyyətlə bildirirəm ki, İran İslam Respublikası 2026-cı ilin avqustunda 7-ci Xəzəryanı dövlətlər sammitinə ev sahibliyi edəcək. Ümid edirik ki, Beynəlxalq Xəzər Dənizi Günündə və Tehran Konvensiyasının qüvvəyə minməsinin 20-ci ildönümündə Tehranda Xəzəryanı dövlətlərin […]

Vilayət Eyvazovun Xaçmazdakı vətəndaş qəbulunun tarixi dəyişdirilib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun Xaçmaz rayonunda nəzərdə tutulan vətəndaş qəbulunun tarixi dəyişdirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2025-ci il avqust ayının 22-də Xaçmaz Rayon Polis Şöbəsinin binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı şəhər və rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun […]

Yeni ildə tədris ili üzrə 125 min uşağın birinci sinfə qəbulu tamamlanıb

Yeni ildə tədris ili üzrə indiyədək 125 min uşağın birinci sinfə qəbulu tamamlanıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, proses ilkin mərhələdə Bakı və digər regionlarda prioritet tətbiq olunmaqla həyata keçirilib. Hazırda hər bir kəs məktəbəqəbul.edu.az platformasına daxil olmaqla seçdikləri məktəb və […]

Sabah 35 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 12-dən 13-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu […]

Allahşükür Paşazadə: Ksenofobiya təzahürləri, süni intellektin fəsadları bütün bəşəriyyət üçün təhlükədir

Beynəlxalq sabitliyə təhdid olan ksenofobiya təzahürləri, süni intellektin fəsadları bütün bəşəriyyət üçün ən böyük təhlükələrdən biridir. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Keyptaun şəhərində keçirilən G20 Dinlərarası Forumunda çıxışı zamanı deyib. Şeyxülislam bildirib ki, həmçinin etnik, dini, irqi ayrı-seçkiliyə təhrik edən nifrət çağırışları, sivilizasiyaların toqquşdurulması cəhdləri, sürətlə […]

Tramp İlham Əliyev və Paşinyan haqqında: Bu iki gözəl insan və böyük lider mənim yaxşı dostlarımdır

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan mənim yaxşı dostlarımdır. Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb. “Onilliklər boyu davam edən müharibə və ölümlərdən sonra sülh sazişini imzaladığımız zaman Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə olmaq mənim üçün böyük şərəf […]

UEFA Çempionlar Liqası: “Qarabağ” “Şkendiya” ilə cavab oyununa çıxacaq

“Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa bu gün çıxacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Şimali Makedoniya təmsilçisi “Şkendiya” ilə üz-üzə gələcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Matçı niderlandlı Danni Makkeli idarə edəcək. Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla […]

Sabirabadda avtomobil kanala aşıb, xəsarət alanlar var 

Sabirabad rayonunda avtomobil kanala aşıb, xəsarət alanlar var. Hadisə rayonun Moranlı kəndi ərazisində baş verib. Belə ki, “Niva” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kanala düşüb. Qəza nəticəsində Moranlı kənd sakinləri, 1999-cu il təvəllüdlü İsmayılzadə Ülvü Abuzər oğlu, 1995-ci il təvəllüdlü Mirzəzadə Eyvaz Aslan oğlu və 2000-ci il təvəllüdlü Mirzəzadə […]