Üçüncü tərəflər münasibətlərimizə mənfi təsir göstərməməlidir- ƏRAQÇİ

İran və Azərbaycan ortaq, təhlükəsiz və qarşılıqlı hörmətə əsaslanan gələcək qurmaq əzmindədir. Bunu İran xarici işlər naziri Abbas Əraqçi Bakıda keçirilən yüksək səviyyəli görüşlərdən sonra bildirib. “Mehr” informasiya agentliyi dekabrın 6-7-də Bakıya son səfəri zamanı Əraqçının Azərbaycanın yüksək vəzifəli şəxsləri, o cümlədən Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov, […]

Ərdoğan Putinlə nələri müzakirə edib?

Dekabrın 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.Danışıqlar bağlı qapılar arxasında keçirilib və mətbuata heç bir açıqlama verilməyib. Rusiya nümayəndə heyətinə Baş nazirin müavini Aleksandr Novak, Rusiya Federasiyası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov, Prezidentin mətbuat katibi Dmitri Peskov və Tatarıstan Prezidenti Rüstəm […]

Ukrayna müdafiə qüvvələri Kupyanskda Rusiya ordusunu mühasirəyə alıb

Ukrayna ordusu Xarkov vilayətində yerləşən Kupyansk şəhərinə aparan bütün yolları tamamilə bağlayaraq şəhərdə olan Rusiya ordusunun hissələrini mühasirəyə alıb. Bu barədə “RBK-Ukraina” məlumat yayıb. Ukrayna ordusunun komandanlığın məlumatına görə, müdafiə qüvvələri Rusiya ordusunun Kupyanskda olan bölmələrini blokadaya alıb və şəhərin bütün şimal-qərb kənarını təmizləyib. Bundan əlavə, şəhər yaxınlığındakı Kondraşovka və […]

Peşə məktəblərinin direktor vəzifəsinə işə qəbulun nəticələri elan olunub

2025-ci ildə təşkil edilmiş peşə təhsili müəssisələrinə direktor və direktor müavini vəzifələrinə işə qəbul müsabiqəsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 14 direktor və 54 direktor müavini vakansiyası elan olunub. Onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi […]

DTX əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıblar – VİDEO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar. DTX-nin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbaycanın banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Xidmət rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin […]

Yasamal və Xətai rayonlarının bəzi ərazilərində qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq. “Azəriqaz”dan verilən məlumata görə, Yasamal rayonunda yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması və qaz xəttinin yerinin dəyişdirilməsi, Xətai rayonu, Ağ şəhər ərazisində isə yeni çəkilmiş qaz xəttinin mənbəyə qoşulması ilə əlaqədar 12.12.2025-ci il saat 10:00-dan etibarən bəzi ərazilərin qaz […]

Bakıda maşın qaz borusuna çırpıldı – 3 nəfər yaralandı

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza Bəkir Çobanzadə küçəsində baş verib. Belə ki, “Volkswagen” və “Porsche” markalı avtomobillər toqquşub, nəticədə nəqliyyat vasitələrindən biri qaz borusuna çırpılaraq aşıb. Hər iki avtomobilin yanması müşahidə olunub. “Porsche”nin ayıq sürücü tərəfindən idarə edildiyi bildirilir. Hadisə zamanı ümumilikdə 3 nəfər yaralanıb. Onlardan […]

KİV: Ukrayna ABŞ-a Donbasda demilitarizasiya olunmuş azad iqtisadi zona yaratmağı təklif edib

Ukrayna Donbas ərazisində demilitarizasiya olunmuş azad iqtisadi zona yaradılmasını və bu zonada Amerika biznesinin fəaliyyəti üçün şərait yaradılmasını ABŞ-a təklif edib. Bu barədə Politico mənbələrə istinadən məlumat yayıb. Nəşr yazır ki, Ukraynanın son sülh planında Donbasda “demilitarizasiya olunmuş azad iqtisadi zonanın” yaradılması nəzərdə tutulur və ABŞ şirkətlərinin burada işləyə bilməsi […]