Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra dünyanın bir çox ölkəsi təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün ölkəyə axtarış-xilasetmə qrupları göndərməyə davam edir.“Anadolu” agentliyi Türkiyəyə xilasetmə qrupları göndərən ölkələrin siyahısını açıqlayıb. Siyahıda ilk pillədə Türkiyəyə 725 personal göndərən Azərbaycan yer alıb. Bununla yanaşı, Türkiyəyə ən çox personal göndərən ölkələr sırasında İsrail […]
“95 ölkədən yardım təklifi almışıq” – Çavuşoğlu
“Biz 95 ölkədən və 16 beynəlxalq təşkilatdan yardım təklifi almışıq”. Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 26-cı iclasında deyib. Onun sözlərinə görə, hazırda zəlzələdən əziyyət çəkən bölgələrdə 56 ölkədən 6 min 479 heyət var. Daha 19 ölkənin komandası 24 saat ərzində ölkəmizdə olacaq.
Dağıntılar altından çıxan 20 günlük körpənin bu görüntüsü hər kəsi kədərləndirdi
Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə zəlzələlərin ən çox zərər çəkdiyi bölgələrdən biri olan Hatay 60 saat sonra möcüzənin şahidi olub. 20 günlük körpə dağıntılar altından xilas edilib. Kerem Ağırtaş adlı körpənin xilas edilərkən çəkilən fotoları diqqət çəkib. Belə ki, körpənin ovucunun içində anasının saç telləri olub. Körpəni xilas edənlər […]
İlham Əliyevdən Aleksandr Şarovski ilə bağlı SƏRƏNCAM
Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Aleksandr Yakovleviç Şarovski “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezident İTV-yə maliyyə yardımı ayırdı
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası […]
Türkiyədə zəlzələ qurbanlarının sayı 14 mini ÖTDÜ (YENİLƏNİB)
Türkiyədə zəlzələdə ölənlərin sayı 14 014 nəfərə çatıb. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. ***10:18 Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Təbii fəlakət nəticəsində 62 937 nəfər yaralanıb. ***07:38 Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı […]
Türkiyənin bu bölgələrində axtarış-xilasetmə işləri başa çatdı – YENİLƏNİB
Zəlzələdən əziyyət çəkən Türkiyənin daha bir bölgəsi – Kilis vilayətində axtarış-xilasetmə işləri başa çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib. ***13:42 Türkiyənin Şanlıurfa şəhərində axtarış-xilasetmə işləri başa çatdırılıb. Bu barədə məlumat Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) tviter hesabı məlumat yayıb. Bildirilir ki, xilasedicilər Şanlıurfadan […]
Ərdoğan Qaziantepə getdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Qaziantep hava limanına enib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Bildirilir ki, onun Qazianteplə bərabər, Osmaniyə və Kilisə də səfəri edəcəyi gözlənilir.
Məşhur reper dağıntılar altından 72 saat sonra sağ çıxarıldı
Knock Out təxəllüsü ilə tanınan məşhur reper 72 saat sonra dağıntılar altından sağ çıxarılıb. Bu barədə reper sosial media hesabından paylaşım edib. O, “Afet ve Acil Durumlar”ın (AFAD) xilasediciləri tərəfindən xilas edilib: “Allah razı olsun, məni AFAD zabitləri sağ çıxardı. Təbii ki, sizlərin duaları da inanılmaz təsirli oldu. Çox adam […]
Baş nazirdən Dövlət Vergi Xidməti ilə bağlı QƏRAR
Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin geyim formalarının yeni tələbləri müəyyən edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərar “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan […]