Mayın 5-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,4 manat civarında dəyişib.Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. “Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, […]
XİN başçısının müavini: İran və Azərbaycan arasında münasibətləri öz məcrasına qaytarmağa çalışırıq
İran və Azərbaycan arasındakı münasibətlər çoxşaxəlidir.Bunu İran xarici işlər nazirinin müavini, həmçinin bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Səid Xətibzadə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) keçiriləcək görüşdən öncə jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, bölgədə İran və Azərbaycan qədər bir-birinə sıx bağlı olan […]
Fərid Əhmədov ictimai şuranın üzvləri ilə gələcək planları müzakirə edib
Ədliyyə naziri Fərid Əhmədov Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüş keçirib.Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə nazirlik tərəfindən ədliyyə sahəsində həyata keçirilən islahatlar, rəqəmsallaşma istiqamətində atılan addımlar və gələcək planlar müzakirə olunub. F.Əhmədov İctimai şura üzvlərinin təklif və rəylərini dinləyərək, onların bu prosesdəki rolunu və […]
BİZİM TƏQVİM: Mayın 6-da baş vermiş tarixi hadisələr
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” hazırlanıb. Daxili İşlər Nazirliyi, Beynəlxalq təşkilatların dəstəyi ilə 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi “İnsan alverinə qarşı mübarizə həftəsi”, mayın 6-sı “İnsan Alverinə Qarşı Mübarizə […]
Bakının bir sıra yollarında tıxac müşahidə edilir
Bakının bir sıra yollarında tıxac müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz […]
İlham Əliyev Fərman imzaladı
Diplomatik korrespondensiyanın daşınması qaydası hazırlanacaq.Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti diplomatik korrespondensiyanın daşınması qaydasını iki ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməlidir.
Ərdoğan: İlin sonuna qədər zəlzələ bölgəsində inşa ediləcək evlərin sayı 453 minə çatacaq
İlin sonuna qədər zəlzələ bölgəsində inşa ediləcək evlərin sayı 453 minə çatacaq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Kızılay”ın 105-ci toplantısında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu günə qədər artıq 201 min evin açarları sahiblərinə təqdim olunub: “İlin sonuna qədər 252 min əlavə ev və iş yeri ilə bu […]
Sosial şəbəkələr vasitəsilə vətəndaşlara 51 min manat dələduzluq edilib
Sosial şəbəkələrdə gəlir qazanmaq vədi ilə dələduzluq edən 2 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 17 yaşlı İ.Məmmədov və 33 yaşlı V.Bağırov saxlanılıb. Aparılan araşdırmalarla […]
Əli Əsədov: Azərbaycan Belarus ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir
Azərbaycan Belarus ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir.Bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin ilə keçirilən geniş tərkibdə görüş əsnasında bildirib. Azərbaycanın Baş naziri deyib: “Bu gün qarşılıqlı fəaliyyətimizin ən mühüm məsələlərinə dair çox konstruktiv və ətraflı […]
Mərakeş Krallığının şahzadəsi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Azərbaycanda səfərdə olan Mərakeş Krallığının şahzadəsi Lalla Hasnaa mayın 5-də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub. Lalla Hasnaa həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad […]