Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.Həmin paylaşımı təqdim edirik:
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb. Paylaşımda deyilir: “Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Silahlı Qüvvələri! Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa […]
Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Fərid Əhmədov 3 iyul 2026-cı il tarixində Balakən rayonunda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayon sakinlərini qəbul edəcək. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 2 iyul tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 […]
XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir
25 iyunda Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb. XİN-dən verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, habelə regional gündəlikdə duran məsələlər ətrafında geniş fikir […]
Həftəsonu Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ
Azərbaycanda həftəsonu hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib. O qeyd edib ki, iyunun 26-sı günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında yağış yağacağı, 27-si axşamdan 28-i səhərədək isə leysan xarakterli olacağı gözlənilir. G.Abbasova vurğulayıb ki, gecə saatlarında yağışın […]
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Fərəcov Təvəkkül […]
İfşa olunan Fransa: Rəsmi Paris və deputatların cani erməni sevdası – ŞƏRH
Fransa parlamentinin bir sıra üzvləri anti-Azərbaycan çıxışlarından əl çəkmirlər. Belə deputatlar Ermənistan cəmiyyəti və rəsmi İrəvan üçün önəmi olmayan mövzuları Milli Assambleyada müzakirəyə çıxarmaqla standart tapşırıq icraçısı olduqlarını göstərirlər. Ötən gün Fransanın Avropa və Xarici İşlər Nazirliyi Fransa Milli Assambleyasının üzvlərinin Azərbaycanda həbsdə olan erməni müharibə caniləri ilə bağlı avantürist, […]
Sabahın hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında iyunun 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-31° isti […]
Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 7-də Lerik rayonunda növbəti vətəndaş qəbulu və Lənkəranda polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Lerik, Lənkəran, Astara, […]