Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib

İyulun 15-16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Quba, Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Lerik, […]

AFFA UEFA B məşqçilik kursu üçün müraciətlərin qəbuluna başlayıb

AFFA UEFA B məşqçilik kursuna müraciətlərin qəbulunu elan edib. Bu barədə milli assosiasiya məlumat yayıb. UEFA-nın Məşqçilik Konvensiyasına uyğun təşkil olunan kurs UEFA C lisenziyasına malik və məşqçilik fəaliyyətini növbəti mərhələyə daşımaq istəyən mütəxəssislər üçün nəzərdə tutulub. Müraciətlər iyulun 26-dək elektron qaydada qəbul ediləcək.

Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar

Azərbaycan Prezidenti İlham Əliyev və ölkədə rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoyublar. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin […]

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürülüb

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürülüb. “Report” Qırğızıstanın Joqorku Keneşinə (parlamentinə) istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov Joqorku Keneşin vitse-spikeri Bolot İbrahimovla görüşündə məlumat verib. Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığa dair aktual məsələləri, o cümlədən parlamentlərarası əlaqələrin inkişafını […]

Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq

Azərbaycanda havanın sabah 40 dərəcəyədək isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 21-26° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə […]

Azərbaycanda iyul ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib. Bu barədə nazirlik məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika […]

İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsi I oxunuşda qəbul olunub. Yeni qanunla qanunsuz ovlanma və kvota pozuntularının qarşısının çevik şəkildə alınması məqsədilə balıqçılıq fəaliyyəti sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması rejimindən istisna kateqoriyasına […]

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib

Mili Məclis kibertəhlükəsizliyin təmini sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına dair cərimələri, toxumçuluq haqqında qanunvericiliyin pozulması hallarının da əhatə dairəsinin genişləndirilməsini və xaricdəki iqtisadi fəaliyyətə görə valyutanın ölkəyə qaytarılmaması haqda yeni cərimələri sonuncu oxunuşda qəbul edib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında […]