[center][img]https://azadmedia.az/uploads/posts/2026-04/1777461638_screenshot-2026-04-29-151855.png[/img][/center] May ayına olan hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, may ayında havanın temperaturu tədricən yüksəlir. Son illərin müşahidələrinə əsasən, may ayında hava şəraiti ötən illərlə müqayisədə daha dəyişkən keçir. İsti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə təsiri nəticəsində temperatur və təzyiq fərqləri yaranır. Bu ilin may ayında […]
Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib
Azərbaycan və Maldiv adaları bu gündən etibarən qısamüddətli səfərlər üçün qarşılıqlı vizasız rejim tətbiq edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub. Bildirilib ki, 24 sentyabr 2025-ci il tarixində Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi […]
Aprelin son günündə 22 dərəcə isti gözlənilir
Azərbaycanda aprelin 30-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° […]
İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var
İranda polis patrul xidmətinə hücum olub.Sistan və Bəlucistan vilayəti polisinin informasiya mərkəzindən bildirilib ki, silahlı şəxslər Zahedan şəhərində polis patruluna atəş açıblar. Hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hücumu törədən şəxslər hadisə yerindən qaçıblar. Onların saxlanılması və şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.(APA)
Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib
Ukrayna ordusu Rusiyanın Orsk və Perm şəhərlərinə pilotsuz uçuş aparatları ilə zərbə endirib. Orsk şəhərinin meri Artyom Vorobyov hücumu təsdiqləyərək sakinləri küçəyə çıxmamağa çağırıb. Məlumata görə, Ukrayna sərhədindən təxminən 1400 kilometr məsafədə yerləşən Orskda Rusiyanın ən iri neft emalı müəssisələrindən hesab olunan “Orsknefteorqsintez” zavodu dron hücumuna məruz qalıb, güclü yanğın […]
Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il mayın 3-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, həmin gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan […]
7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə prokuror ittiham olunan mərkəzin sabiq direktoru Mehriban Abasquliyevanın 8, Elnur Əhmədli və Hamlet Mustafayevin isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onların zalda həbs edilmələrini təklif edib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə dövlət […]
Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK
Əfqanıstan Xarici İşlər Nazirliyi Pakistanın Kabildəki müvəqqəti işlər vəkilini çağırıb. Buna Pakistan qüvvələrinin Əfqanıstan sərhədi boyunca mülki obyektlərə hücumları səbəb olub. Əfqanıstan tərəfinin məlumatına görə, hücuma məruz qalan obyektlər arasında Kunar vilayətində yerləşən universitet də var. “Taliban” administrasiyası Pakistan qüvvələrinin bu hərəkətlərini Əfqanıstanın hava məkanının pozulması kimi qiymətləndirib. Kabil İslamabada […]
Bakının bəzi ərazilərində qaz olmayacaq
Təmir-quraşdırma işlərinin aparılması məqsədilə paytaxtın Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. “Azəriqaz”dan verilən məlumata görə, Sabunçu və Suraxanı rayonlarında aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 29.04.2026-cı il tarixində saat 10:00-dan işlər başa çatanadək Ramanı Südçülük Sovxozunun, E.Məhərrəmov küçəsinin, Sosial evlərin, Daş Karxanasının bir hissəsinin və Zığ kəndinin […]
BİZİM TƏQVİM:29 apreldə baş vermiş tarixi hadisələr
VII əsrin ortalarında Xilafət ordusu ərəb sərkərdəsi Salman ibn Rəbiənin başçılığı ilə Qafqaz Albaniyası ərazisinə (indiki Azərbaycan) hücum edib. Nəticədə Kür çayının sağ sahili ərəblər tərəfindən işğal olunub. Şirvan və Dərbənd qoşunları Xəzər xaqanının köməyilə azadlıq mübarizəsinə qalxıblar. Ərəb qoşunları ilə xəzərlər arasında Bələncər adlanan yerdə baş vermiş döyüşdə Xilafət […]