Ötən ilin yanvar-noyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 255,5 manat təşkil edib. Bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb. Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,4 % artıb. Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq […]
Xankəndidə Zəfər parkının təməlqoyma mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Füzulidə avtomobil traktorla toqquşub, iki yaşlı uşaq ölüb
Füzulidə traktor minik avtomobili ilə toqquşub. Hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Alıxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1997-ci il təvəllüdlü Məmmədov Xəyyam İlham oğlu idarə etdiyi “Mercedes Benz” markalı avtomobili ilə 1997-ci il təvəllüdlü Məhərrəmov Əmrah İbrahim oğlunun “Belarus 892” markalı traktorla toqquşub. Nəticədə Xəyyam Məmmədovun avtomobilində olan […]
UEFA Çempionlar Liqası: Pley-off mərhələsində daha 4 oyun baş tutacaq
UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün daha 4 oyun baş tutacaq. Günün maraqlı qarşılaşmalarından biri İspaniyada keçiriləcək. “Real” evdə “Mançester Siti” ilə görüşəcək. “Borussiya” doğma meydanda “Sportinq”i, PSJ isə Liqa 1-in digər təmsilçisi “Brest”i qəbul edəcək. “Yuventus” səfərdə PSV-nin qonağı olacaq. UEFA Çempionlar Liqası Pley-off mərhələsi, cavab oyunları 19 […]
Bakıya qar yağacaq, yollar buz bağlayacaq -Xəbərdarlıq
Fevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 7-10 dərəcə aşağı enəcəyi gözlənilir. Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, havanın minimal temperaturu Aran rayonlarında 0-5, dağətəyi […]
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” […]
Sabah Binəqədinin bəzi küçələrində qaz olmayacaq
Sabah Bakının Binəqədi rayonunun bir neçə küçəsində qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yaşayış binasının qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə fevralın 19-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə […]
Ərdoğan: Zelenskinin Krım tatarlarının hüquqları ilə bağlı addımlarını yüksək qiymətləndirirəm
Zelenskinin Krım tatarlarının hüquqları ilə bağlı addımlarını yüksək qiymətləndirirəm. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib. Türkiyə Prezidenti Ukraynaya yenidənqurma işində dəstək verməyə hazır olduqlarını bildirib: “Mən səmimi qəlbdən inanıram ki, Ukraynada sülhün bərqərar olması ilə münasibətlərimiz daha da yüksək səviyyələrə […]
“Telegram”da kiber üsullarla bank kartlarından oğurluq edən şəxs saxlanılıb
Paytaxtın Xəzər rayonu ərazisində yaşayan bir nəfərin bank kartından 1070 manat maddi vəsaitin naməlum şəkildə digər hesaba köçürülərək oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb. Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə təqsirli bilinən Cavid Kərimov saxlanılıb. Araşdırmalarla onun “Telegram” sosial […]
Sahibə Qafarova belaruslu həmkarı ilə görüşdü – FOTO
Fevralın 18-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, əvvəlcə, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Milli Məclisin plenar iclas zalı ilə tanış […]