İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, onun müavini Elçin Şirinov və hüquqşünas Rövşən Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müvəqqəti saxlanma yeri və istintaq təcrdixanasında monitorinqlər keçirib. Bu barədə Tural Hüseynovun “Report”a verdiyi xəbərə görə, monitorinq keçirilməsində məqsəd saxlanılan şəxslərin saxlanma şəraiti, onlara qarşı rəftar qaydaları və qida və dərman […]
8 martın əvəzində hansı gün iş olmayacaq? – Rəsmi QƏRAR
Sabah 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Əmək Məcəlləsinə əsasən, Azərbaycanda 8 Mart tarixi həmişə qeyri-iş günü olub. Builki 8 Mart tarixi şənbəyə təsadüf etdiyindən 10 mart (bazar ertəsi) da istirahət günü elan olunmalıydı. Lakin Nazirlər Kabinetinin 8 martla bağlı hər hansı qərarı verilmədi. Yəni 10 mart adi qaydada iş günü […]
Milli Məclis Mehriban Əliyevanı TƏBRİK ETDİ
Milli Məclis 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb. Bununla bağlı parlamentin bugünkü plenar iclasında sədr Sahibə Qafarova məlumat verib. Deputatlar sədrin təklifini dəstəkləyiblər.
Cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavə veriləcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, bu Qanunun […]
Pensiya yaşına 2 il qalmış şəxslər işdən çıxarılmasın! – Deputatdan TƏKLİF
Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında ipoteka kreditlərinin maksimum məbləğinin artırılmasını təklif edib. Bu barədə o, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı çıxış edib. Deputat deyib ki, bu il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə […]
Ombudsmanın vəsatəti ilə ötən il 15 məhkum əfv edilib
Ombudsman məhkumların və onların ailə üzvlərinin əfv haqqında müraciətlərini nəzərə alaraq, müntəzəm olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına vəsatətlər göndərib, həmin komissiyanın iclaslarında iştirak edib. Ombudsmanın fəaliyyəti dövründə onun vəsatəti ilə ümumilikdə 879, 2024-cü ildə isə 15 məhkum əfv edilib. Bu sözləri ombudsman Səbinə Əliyeva Milli Məclisdə “Azərbaycan […]
Plenar iclas başladı – Ombudsman hesabat verir
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir. İclasın gündəliyinə 14 məsələ daxil edilib. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi müzakirə olunur. Hesabatı Ombudsman Səbinə Əliyeva təqdim edir. Gündəliyə daxil edilən məsələlər aşağıdakılardır: 1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin […]
Baş nazir yeni qərar İMZALADI
Nazirlər Kabineti “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərar ölkə Prezidentinin 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə qəbul olunub. Qərarda […]
Azərbaycan nefti cüzi bahalaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,56 ABŞ dolları, yaxud 0,78 % artaraq 71,96 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 70,31 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light […]
Bakının üç rayonunda qaz olmayacaq
Bu gün Bakının Xətai, Yasamal və Xəzər rayonlarının bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Xətai rayonu, M. Hadi küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Yasamal rayonu, İzmir küçəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, Xəzər rayonu, “Türkan-1” […]