İran Silahlı Qüvvələri İsraili aciz vəziyyətə salacaq, çünki o, heç bir “qırmızı xətt”ə riayət etmir. Bunu İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf iyunun 16-da ali qanunverici orqanda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, İran Silahlı Qüvvələri düşmənə əsl cəhənnəm yaşadacaq və bütün dünya onun əzablarının şahidi olacaq. M.Qalibaf deyib ki, […]
QMİ rəsmisi: Azərbaycanlı zəvvarlar Mədinə hava limanındadır
Hazırda azərbaycanlı zəvvarlar Mədinə Beynəlxalq Hava Limanındadırlar.Bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 11:00-12:00 radələrində azərbaycanlı hacılardan ibarət ilk qrup Vətənə yola düşəcək: “Reyslərdə heç bir dəyişiklik yoxdur. Azərbaycanlı zəvvarlar […]
Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb
Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata əsasən, iyunun 14-də və 15-də ölkə ərazisində qeydə alınan 100, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda […]
I və IV qrupların cavabları nə vaxt elan olunacaq?
Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 25 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini ötən həftənin çərşənbə günü – 11 iyun tarixində elan edib. I və IV qruplar üzrə isə qəbul imtahanı isə iyunun 1-də keçirilib. I və IV ixtisas qrupları üzrə nəticələrin də bu həftə […]
KİV: İranda İsrail üçün casusluqda təqsirli bilinən şəxs edam edilib
İranda İsrail kəşfiyyatı “Mossad” üçün casusluqda təqsirli bilinən şəxs edam edilib. Bu barədə İran KİV-ləri məlumat yayıb. Qeyd olunub ki, edam edilən şəxsin adı Esmail Fekridir. Bildirilib ki, bu, son həftələrdə İsrailə casusluqla bağlı üçüncü edam olub.
İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev “X”dəki hesabında 15 iyun Milli Qurtuluş Günü münasibətilə paylaşım edib. Həmin paylaşımı təqdim edirik
Azərbaycanda Milli Qurtuluş Günüdür
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 32 il əvvəl – Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub. Həmin […]
İranda 5 nəfər İsrailə casusluqda ittiham edilərək həbs olunub
İranda 5 nəfər İsraillə əməkdaşlıqda ittiham edilərək həbs olunub. “Report”un “The Times of Israel”ə istinadən verdiyi məlumata görə, onların hamısı Yəzddə həbs edilib. Bildirilir ki, onlar müxtəlif obyektlərin şəkillərini çəkib və məlumatları İsrail xüsusi xidmət orqanlarına ötürüblər.
Prezidentin köməkçisi: Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır
Avropa İttifaqının tam olaraq nə istədiyi bilinmir. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə danışıb. H.Hacıyev vurğulayıb ki, Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır: “Çünki bizim öz […]
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçiriləcək
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elan olunmuş növbəti müsabiqə üzrə ərizə qəbulu yekunlaşıb. Müsabiqədə iştirak edən namizədlərlə test imtahanı iyul ayının 13-də keçiriləcək. Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İmtahan Dövlət İmtahan Mərkəzinin (DİM) Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə […]