Növbəti həftə Azərbaycanda vaksinasiyadan kənarda qalan uşaqlar peyvəndə cəlb ediləcək

Azərbaycanda aprelin 19-25-də “İmmunlaşdırma həftəsi” keçiriləcək. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” çərçivəsində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan rayonlarda monitorinqlərin […]

UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmaları bu gün baş tutacaq. Bu matçlardan sonra yarımfinalçıların adlarına aydınlıq gələcək. Niderlandın AZ klubu Ukrayna “Şaxtyor”unu qəbul edəcək. “Fiorentina” evdə “Kristal Pelas”ı, AEK “Rayo Valyekano”nu sınağa çəkəcək. “Maynts 05” isə Fransada “Strasburq”la üz-üzə gələcək. UEFA Konfrans Liqası 1/4 final mərhələsi, cavab oyunları […]

“A Haber”: Türkiyədə məktəbdə baş verən atışmada müəllimə uşaqları qoruyan zamanı həlak olub

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə hücum zamanı həlak olan müəllim Ayla Kara şagirdləri hücumçudan müdafiə edən zaman həlak olub. Bu barədə “A Haber! telekanalı məlumat yayıb. “Hadisə nəticəsində məktəbin riyaziyyat müəllimi Ayla Kara şagirdlərini öz bədəni ilə qoruduqdan sonra dünyasını dəyişib”, – deyə məlumatda qeyd olunub. Qeyd edək ki, Türkiyənin Kahramanmaraş […]

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət belədir: 1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 5. […]

Nazirlər Kabineti hasilatın pay bölgüsündə Azərbaycanın öhdəliklərini təsdiqləyib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və MOL Vector Ltd arasında Azərbaycan Respublikasının Şamaxı, Qobustan, Abşeron, Hacıqabul və Ağsu rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri barədə” qərar verib. Qərara əsasən, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti […]

Müddəti başa çatan vergi güzəştlərinə yenidən baxılacaq

Azərbaycanda effektivliyi kifayət qədər əsaslandırılmayan, iqtisadi fəallığa və investisiya mühitinə təsiri məhdud olan güzəşt və azadolmaların ləğvi və ya əhatə dairəsinin məhdudlaşdırılması nəzərdə tutulur. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində bildirilib. Qeyd olunub ki, vergi siyasətinin əsas istiqamətlərindən biri müddəti başa çatan vergi güzəşt və […]

Reklamlarda uşaqların görüntüsü valideynlərin razılığı ilə istifadə ediləcək

Reklamda uşağın görüntüsü valideynlərinin razılığı ilə istifadə edilə biləcək.Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Reklam haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.

Bakıda evdə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Yasamal rayonunda fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Ətraflı məlumat veriləcək.

Türkiyədə daha bir məktəbə silahlı hücum olub, 6 nəfər yaralanıb

Türkiyədə məktəbə silahlı hücum olub. NTV-nin xəbərinə görə, hadisə Kahramanmaraşda baş verib. Hadisə nəticəsində 6 nəfərin yaralandığı bildirilir. Hadisə yerinə çox saylı tibbi briqadalar və polis qüvvələri cəlb olunub. Qeyd edək ki, ötən gün Şanlıurfada liseyə silahlı hücum olub, hadisə nəticəsində 16 nəfər yaralanıb. Hücumu törədən şəxs özünü öldürüb.