Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş keçirilir. Görüş Cenevrə şəhərində Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində baş tutur.
Bakıda sərnişin avtobusu qəza törədib – FOTO
Bakıda sərnişin avtobusu qəza törədib. Hadisə Neftçilər prospektində baş verib. “BakuBus”a məxsus 125 saylı sərnişin avtobusu qəza törədərək bulvar ərazisinə girib, ağaca çırpılıb. Qəza nəticəsində bir neçə ağac aşıb.(APA )
Ermənistan parlamenti müxalifətin milli böhranla bağlı bəyanatını rədd edib
Ermənistan parlamenti “Şərəfim var” fraksiyasının irəli sürdüyü “Milli böhran və idarəetmənin iflası haqqında” bəyanatın layihəsini rədd edib. Bu barədə Ermənistan KİV məlumat yayıb. Bildirilib ki, 48 deputat layihənin əleyhinə, 24 deputat lehinə səs verib, parlamentin iki üzvü isə bitərəf qalıb. Daha əvvəl Dövlət və hüquq məsələləri komissiyası da sənədi rədd […]
Rusiya XİN: Lavrovla Rubionun görüşü ciddi hazırlıq tələb edir
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubionun görüşü hazırlıq tələb edir.Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. O, Lavrovla Rubionun görüşünün təxirə salınması ilə bağlı KİV-də yayılan xəbərləri təkzib edib. “Razılaşmamış bir şeyi təxirə sala bilməzsiniz. Biz dünən bəzi Qərb mənbələrinin yazdıqlarını təsdiq etməmişik. […]
Mincivan qəsəbəsinin işğaldan azad olunmasından beş il ötür
Azərbaycanın qədim yaşayış məntəqələrindən olan Zəngilan rayonunun Mincivan qəsəbəsinin erməni işğalçılarından təmizlənməsindən beş il ötür.2020-ci il oktyabrın 21-də Mincivan qəsəbəsi ilə yanaşı, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Baharlı, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Tinli kəndləri, Füzuli rayonunun Gecəgözlü, Aşağı […]
Zelenski: Ukrayna müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan qaz almağı planlaşdırır
Ukrayna müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan təxminən 2 milyard ABŞ dolları məbləğində qaz almağa hazırdır. Bunu ölkə Prezidenti Volodimir Zelenski bildirib. “Əlavə qazı Yunanıstandan da ala bilərik, biz bu ölkənin Baş naziri Kiriakos Mitsotakislə razılaşmışıq. Digər ölkələrlə də anlaşma və razılaşmalarımız var. Azərbaycanla da var. Hamı bunun üzərində işləyir. Qazla […]
Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 21-də güclü külək əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq verib. Xəbərdarlığa əsasən, Bakıda və Abşeron yarımadasında, Qazax, Tovuz, Ağstafa, Gəncə, Şəmkir, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Salyan, Neftçala, Hacıqabul, Mingəçevir, Şirvanda fasilələrlə qərb küləyi əsəcək, […]
İlham Əliyev Astanada – Tokayev şəxsən qarşıladı – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfərinə gedib. Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlətimizin başçısını Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək
Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Qeyd olunub ki, oktyabrın 21-də balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən, Təzə Corat 1 (Novxanı şossesi) və Təzə Corat 2 (Məscidin sağ tərəfi) ərazilərində ümumilikdə […]
KİV: HAMAS bu gün Qahirədə Misir və Qətər rəsmiləri ilə görüşəcək
Bu gün HAMAS nümayəndə heyəti Qahirədə Qətər və Misir rəsmiləri ilə görüşəcək. Bu barədə məlumatlı mənbə AFP-yə bildirib. Görüş zamanı Qəzzada əldə olunan atəşkəsin sonrakı mərhələləri müzakirə olunacaq. Qeyd edək ki, oktyabrın 10-da İsrail və HAMAS arasında razılaşmadan sonra hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edir.