Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 327 nəfərə çatıb. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. ***18:06 Türkiyədə zəlzələdə ölənlərin sayı 21 848 nəfərə çatıb. Bunu Şanlıurfada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, 80 104 nəfər yaralı var. ***15:58 Türkiyədə zəlzələdə ölənlərin sayı 21 043 […]
“Ukrayna türk xalqının ağrısını bölüşür” – Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski türk xalqına dərin hüznlə başsağlığı verib və bütün qurbanların tezliklə sağalmasını arzulayıb. Bu barədə Volodimir Zelenski videomüraciətində deyib. “Bu gün günə Türkiyə səfirliyini ziyarət etməklə başladım. Dəhşətli zəlzələlər səbəbindən 21 mindən çox insan ölüb. Dağıntılar altından xilasetmə işləri davam edir. Təəssüf ki, həlak olanların sayı daha […]
“Hələ də xəbər alınmayan vətəndaşlarımız var” – Nazir
“İndiyədək 438 nəfər zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilib”. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib. Nazir qeyd edib ki, yeni müraciət edənlərin vəziyyətinə baxılır: “Ümumilikdə bizdə olan statistikaya görə, 5 vətəndaşımız zəlzələ nəticəsində həlak olub. Hələ də tapılmayan və […]
Ceyhun Bayramov və Çavuşoğlu dağıntılar olan ərazidə – YENİLƏNİB
Kahramanmaraşda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov zəlzələ bölgəsində Azərbaycan FHN-in xilasedicilərinin əməliyyat apardığı ərazidə olub. Azərbaycan XİN rəhbərini türkiyəli həmkarı Mövlud Çavuşoğlu və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev müşayiət edir. Qeyd edək ki, hazırda həmin ərazidə FHN-in axtarış-xilasetmə qrupları çalışır. Etibar Mirzəyev burada görülən işlərlə […]
Prezident onları təltif etdi – SİYAHI
Prezident Ali Məhkəmənin 100 illiyi münasibətilə bir qrup şəxsi təltif edib.Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Ali Məhkəməsinin yaradılmasının 100 illiyi münasibətilə qərara alıram:Məhkəmə orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər: “Şərəf” ordeni iləRzayev Ramiz Yaqub oğlu 2-ci […]
FHN-in növbəti yardımlarının qardaş ölkəyə yola salınması üçün hazırlıq işləri görülür
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti yardımlarının qardaş ölkəyə yola salınması üçün hazırlıq işləri görülür. Yaxın saatlarda yük avtomobilləri və müşahidə nəqliyyat vasitəsi Türkiyənin zəlzələ bölgəsinə hərəkət edəcək. Nazirliyə məxsus xüsusi təyinatlı nəqliyyat […]
122 saat sonra çıxarılan yaşlı qadın bu sözləri dedi… – Video
Türkiyədə dağıdıcı zəlzələdən sonra artıq 6 gündür ki, axtarış-xilasetmə işləri davam etdirilir. Dogrusoztv.az “TRT Haber”ə istinadən xəbər verir ki, Kahramanmaraşda 70 yaşlı qadın dağıntılar altından xilas edilib. Menekşe Tabak adlı qadın xilasedicilərin səyləri nəticəsində zəlzələdən 122 saat sonra sağ olaraq çıxarılıb. Xilas edilən yaşlı qadının ilk sözü “Dünya varmış?” sualı […]
Bakıda kütləvi dava – İki nəfər qətlə yetirildi
Bakıda kütləvi dava olub, 2 nəfər qətlə yetirilib. Bu barədə Nizami Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, fevralın 11-i saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində İlkin Rzayev və Xəyal Rəhimovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmanın gedişində 6 nəfər şəxsin Keşlə qəsəbəsində mübahisə etməsi və […]
Türkiyədə zəlzələdə ölənlərin sayı 20 665-ə çatdı – YENİLƏNİR
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. *** Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 318 nəfərə çatıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Təbii fəlakət nəticəsində 91 511 nəfər yaralanıb. […]
Mehriban Əliyevanın göstərişi ilə daha bir yardım təyyarəsi Türkiyəyə yola düşdü
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, bu gecə Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarəsi yola düşüb. Budəfəki humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə […]