Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan Avropa çempionatında qızıl medal qazanaraq Azərbaycanın güləş tarixinə düşüb. Çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz yeganə dördqat Avropa çempionu olan Azərbaycan güləşçisidir. Hacı Əliyevin uğurunu yalnız yunan-Roma güləşçimiz Rafiq Hüseynov təkrarlaya bilər. Belə ki, üçqat Avropa çempionumuz Xorvatiyada keçirilən Avropa çempionatının […]
O da İrəvanda qazandığı qələbəni Azərbaycana həsr etdi
Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında Türkiyənin daha bir idmançısı qələbəsini Azərbaycana həsr edib. Çempionatda 64 kiloqram çəki dərəcəsində çıxış edən Nuray Güngör toplam 219 kiloqramı ram edərək Avropa çempionu olub. Ermənistanda böyük uğura imza atan gənc atlet qələbəsini Azərbaycana həsr etdiyini bildirib. O, İrəvanı tərk etmiş Azərbaycan […]
Laçın-Xankəndi yolundakı aksiya 129 gündür DAVAM EDİR
Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 129 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Həmişə olduğu […]
“İndi heç biri heç burnunu da Xankəndiyə soxa bilmir”
“Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər”. Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində səsləndirib. Dövlət başçısı bildirib ki, biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük: […]
Azərbaycan həmişə buna hörmətlə yanaşıb – Kohen
Azərbaycan yəhudi icmalarına həmişə hörmətlə yanaşan ölkədir və xalqlarımız arasında əlaqə dərindir. Bunu İsrail xarici işlər naziri Eli Kohen Tvitter hesabında yazıb. “Bu gün mən Azərbaycanın paytaxtı Bakıda sinaqoqda oldum, yəhudi icmasının üzvləri ilə görüşdüm. Münasibətlərdə yeni mərhələnin rəmzi olan Azərbaycanın İsraildə səfirliyinin açılmasından məmnunam və icma üzvlərinə İsrailin hər […]
Prezidentdən bayrağımızın İrəvanda yandırılmasına sərt – Reaksiya
“Hesab edirəm ki, bu, erməni hökumətinin növbəti çirkin əməlidir. Mən bunu belə qəbul edirəm. Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli deyil. Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir”. Bu fikirləri Prezident İlham Əliyev Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın bayrağının yandırılması ilə bağlı sualı cavablandırarkən […]
Bu şəxslər Azərbaycana quru sərhədlə keçə bilər – Rəsmi
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Vətənə quru sərhədlə keçməsinə icazə verilib. Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarına müraciətində bildirilib. Türkiyə Respublikasında ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan AR […]
Bu meyvələr gömrük rüsumundan azad edilir
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən tropik meyvələr 15 faiz gömrük rüsumundan azad edilir. Bu, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə edilən dəyişiklikdə əksini tapıb. Beləliklə, 1 yanvar 2024-cü ildən qüvvəyə minəcək qərar 31 dekabr […]
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır” – Paşinyan
“Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. O, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasına toxunub: “Mən indi bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və biz gözləyirik ki, Azərbaycan da Ermənistan SSR-in […]
Prezident və xanımı Neftçalada…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala rayonuna səfər ediblər. Dövlətimizin başçısı və birinci xanım Neftçala şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar. *** […]