PaşinyanErmənistan 2026-cı ildə müdafiə xərclərini azaltmağı planlaşdırır. Bunu Baş nazir Nikol Paşinyan 27 oktyabrda parlamentdə Ermənistan Respublikasının 2026-cı il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı açıqlayıb. 2025-ci il dövlət büdcəsi layihəsi ilə müqayisədə Müdafiə Nazirliyinin xərcləri 15,3% azaldılaraq 563,1 milyard dram (1,4 milyard ABŞ dolları) təşkil edəcək. Bu, ümumi dövlət […]
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
27-31 oktyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç […]
İmamoğlu barədə həbs qərarı verildi
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) həbsdə olan sədri Əkrəm İmamoğlu, onun müşaviri Nəcatı Özkan və jurnalist Merdan Yanardağ “siyasi casusluq” ittihamı ilə həbs edilib. İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində sözügedən şəxslərin ifadələri alınıb. Onlar barəsində “siyasi casusluq” ittihamı ilə həbs qətimkan tədbiri seçilib. Qərarda qeyd olunur ki, Əkrəm […]
Keşlədə tikinti materialları yığılmış yer yanıb – VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində tikinti materiallarının yanması barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan […]
Qlobal fond bazarları həftəyə artımla başlayıb
ABŞ və Avropa fond bazarlarında əsas indekslərdə artım davam edib. Bazar ertəsi Nyu-York birjasında Dow Jones Industrial Average 1,01% artaraq 47 207,12 bəndə, S&P 500 indeksi 0,79% yüksələrək 6 791,69 bəndə, NASDAQ Composite isə 1,15% artımla 23 204,87 bəndə çatıb. NYSE Composite 0,34% artaraq 21 698,06 bənd, S&P/TSX Composite indeksi […]
Kamçatkada 6,3 maqnitudalı zəlzələ baş verib
Rusiyanın Kamçatka diyarında 6,3 maqnitudalı zəlzələ baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsi məlumat verib. Seysmik hadisə Petropavlovsk-Kamçatskidən 373 kilometr aralıda qeydə alınıb. Zəlzələnin episentri 22,2 kilometr dərinlikdə yerləşib.
Yanvarın 15-də müharibə bitəcək! – PROQNOZ
Ukraynanın Dnepr şəhərinin baş ravvini Şmuel Kaminetski Rusiya və Ukrayna arasındakı müharibənin yaxın aylarda başa çatacağını bildirib. O, bu fikri “Inspira” biznes-kluby ilə görüşü zamanı səsləndirib. Ravvinin sözlərinə görə, müharibə 2026-cı il yanvarın 15-dək bitəcək və bundan sonra Ukraynaya böyük həcmdə investisiya axını başlayacaq. “Bu, nə dua, nə də arzudur. […]
İsrail Livanın cənubuna zərbə endirib, bir nəfər yaralanıb
Livanın cənubundakı Haruf kəndində İsrailin pilotsuz uçuş aparatının hücumu nəticəsində bir nəfər yaralanıb.Bu barədə Livanın “Əl-Əxbar” qəzeti məlumat yayıb. Məlumata görə, hücum kənddəki məktəbin yaxınlığında yerləşən bir nəqliyyat vasitəsini hədəf alıb. İsrail Müdafiə Qüvvələri hələlik hadisə ilə bağlı şərh verməyib.
Sabah 22 dərəcə isti olacaq
Oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb […]
Maşın su arxına aşdı – Sürücü öldü
Oktyabrın 24-də Bakı şəhər sakini Koroğlu Pirməmməd oğlu Rzayev Bərdədə qəzaya düşüb. O, “Mitsubishi Pajero” markalı avtomobillə rayonun Məşədibişli kəndindən Mollalı kəndi istiqamətində gedən kəndarası yolda idarəetməni itirib. Bu zaman avtomobil yolun kənarında olan su arxının içərisinə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı Bərdə RPŞ-də CM-in 263.2-ci maddəsi […]