Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Ulu öndər […]
Pakistanın Baş naziri: Məcburi köçkünlərin Qarabağa qayıdışını görmək ruhlandırır
Məcburi köçkünlərin Qarabağa doğma yurdlarına qayıdışını görmək ruhlandırır. Bunu Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Şuşada, Xankəndidə, Qarabağda, Laçında və Qarabağın bütün ərazilərində yenidənqurmanın bu cür inanılmaz tempi tam fenomenal xarakter daşıyır: “Artıq […]
İlham Əliyev: Erməni hərbi cinayətkarları Bakıda istintaq təcridxanasında çay içirlər
Erməni hərbi cinayətkarları bu gün Bakıda istintaq təcridxanasında çay içirlər.Bunu Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı deyib. Dövlət başçısı xatırladıb ki, İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanda onların tanklarının Bakı küçələrində olacağını, özlərinin isə Bakıda çay içəcəklərini deyirdilər. “Onların istəkləri qismən yerinə yetdi. […]
Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir – CANLI
Bakının Azadlıq meydanında noyabrın 8-də Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak edirlər.
Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər.Prezident İlham Əliyev Zəfər abidəsinin önünə əklil qoydu, şəhidlərin xatirəsini ehtiramla andı. Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstələri düzdü. Sonra dövlətimizin başçısı və birinci xanım Zəfər muzeyinin açılışında […]
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdilər – FOTOLAR
Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad […]
Prezident və birinci xanım Ulu Öndərin məzarını ziyarət etdilər – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyaraq xatirəsini ehtiramla andı. Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini yad etdi. Dövlətimizin başçısı və […]
Parad niyə saat 1-də başlayacaq?
Bu gün Bakıda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. Adətən Azərbaycanda bayram günlərində rəsmi tədbirlər səhər saatlarında keçirilsə də, bugünkü parad günorta başlayacaq. Azadlıq meydanında təşkil olunacaq tədbirin 13:00-da başlanacağı gözlənilir. Bu dəyişiklik Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın təyyarəsinin Bakıya saat 13:00 radələrində eniş etməsi […]
Türkiyə XİN-dən Zəfər Günü ilə bağlı paylaşım – Foto
Türkiyə Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü ilə bağlı paylaşım edib. Nazirliyin “X” hesabında edilən paylaşımda deyilir: “Azərbaycan xalqının əzmi və qəhrəmanlıqla qazandığı zəfərin beşinci ildönümünü təbrik edir, Vətən torpağı uğrunda canlarını fəda edən bütün qəhrəmanları hörmət və rəhmətlə anırıq”.
Leyla Əliyevadan Zəfər Günü ilə bağlı paylaşımı
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 8 Noyabr – Zəfər Günü ilə bağlı rəsmi “Instagram” hesbaının hekayə bölümündə paylaşım edib. Həmin paylaşımı təqdim edirik: