Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna oktyabrın 22-də Bakıdakı Zəfər parkını ziyarət edib. Yenixeber.org xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Nazir parkdakı Zəfər abidəsinin önünə əklil qoyub. Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz […]
Bu il Qarabağda su təsərrüfatına 44 mln. manatdan çox vəsait xərclənib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində su təsərrüfatı infrastrukturunun qurulmasına xərclənən vəsaitin həcmi açıqlanıb.Bu barədə “APA-Economics”ə Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, 9 ayda azad edilmiş ərazilərdə su xətləri, kollektorlar və qurğuların çəkilməsinə dövlət büdcəsindən 44,3 milyon manat vəsait xərclənib. Qeyd edək ki, cari ilin dövlət büdcəsinin 9 […]
Prezident İlham Əliyev Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Yaqub Eyyubovu qəbul edib və ona “İstiqlal” ordenini təqdim edib.Yaqub Eyyubovu salamlayan Prezident İlham Əliyev dedi: -Hörmətli Yaqub müəllim, ilk növbədə, sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illər müxtəlif məsul vəzifələrdə işləyərkən Azərbaycanın inkişafına öz […]
XİN başçısı: Azərbaycan üzərindən Şərq-Qərb marşrutu ilə daşınan yüklərin həcmi 90 faiz artıb
Azərbaycan üzərindən Şərq-Qərb marşrutu ilə daşınan yüklərin həcmi 90 faiz artıb. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov estoniyalı Marqus Tsaxna ilə birgə mətbuat konfransında deyib. O qeyd edib ki, nəqliyyat-kommunikasiya sahəsi Avropa İttifaqı-Azərbaycan münasibətlərində hər zaman ən vacib mövzu olub: “Rusiya-Ukrayna müharibəsindən sonra bu məsələ daha da aktuallaşıb. Həmçinin […]
Sabah bəzi ərazilərə yağış yağacaq – PROQNOZ
Azərbaycanda oktyabrın 23-də yağışlı keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16, […]
Nikol Paşinyan: Cənubi Qafqaz ölkələrinin taleləri müəyyən dərəcədə bir-biri ilə bağlıdır
Cənubi Qafqaz ölkələrinin taleləri müəyyən dərəcədə bir-biri ilə bağlıdır.“Report”un Gürcüstan bürosunun məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan V Tbilisi İpək Yolu Forumundakı çıxışında deyib. O, Cənubi Qafqaz ölkələrinin birlikdə hərəkət sayəsində daha böyük fayda əldə edə biləcəklərini vurğulayıb: “Tarix göstərdi ki, birlikdə hərəkət etmədikdə yalnız itkilər yaşaya, hətta […]
Baş prokuror Kamran Əliyev Braziliyaya gedib
Braziliyanın Belem şəhərində təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə 30-cu Tərəflər Konfransı – COP30 çərçivəsində “Prokurorluq orqanlarının iqlim idarəçiliyində rolu” mövzusunda plenar iclas keçiriləcək. Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti həmin tədbirdə iştirak məqsədilə Braziliyaya səfər edib. Baş prokuror plenar iclasda çıxış edəcək, iqlim idarəçiliyində hüquq-mühafizə orqanlarının […]
COVID-19-la mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələrin verilməsi müddəti 2026-cü il yanvarın 1-dək uzadılıb.Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Belə ki, sənədə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib. […]
Azərbaycan neftinin qiyməti 62 dolları keçib
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,57 ABŞ dolları, yaxud 0,92 % artaraq 62,4 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 61,09 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]
Bakı metrosunda problem – Qatarlar ləngiyir
Bu gün səhər saatlarında Bakı metropolitenində qatarların hərəkətində ləngimələr müşahidə olunub. Modern.az-a məlumat verən sərnişinlər bildirib ki, qatarlar stansiyalar arasında bir neçə dəqiqə gözləməli olub. Nəticədə vaqonlarda sıxlıq yaranıb. Qatarlar arasında intervalda da xeyli müddət yaranıb. Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-ə rəsmi sorğu ünvanlanıb.