Bəqai: İran Rusiyadakı səfirini dəyişməyə hazırlaşır

DogruSozTv Az

İran hazırda Rusiyadakı səfir vəzifəsinə namizədi nəzərdən keçirir. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai həftəlik mətbuat konfransında bildirib. “Digər ölkələr, o cümlədən İtaliya və Rusiyadakı səfir postuna namizədlərin seçilməsi prosesi davam edir”, – o qeyd edib. Hazırda İranın Rusiyadakı səfiri Kazem Cəlalidir.

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

DogruSozTv Az

Kanadanın Ontario əyalətində yerləşən Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Bu barədə Azərbaycan Kanadadakı səfirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib. Bildirilib ki, Niaqara şəlaləsi 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xüsusi dizaynla Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Zelenski: Ukrayna ABŞ-dan 27 “Patriot” hava hücumundan müdafiə sistemi almaq istəyir

DogruSozTv Az

Ukrayna ABŞ istehsalı olan 27 “Patriot” hava hücumundan müdafiə sistemini sifariş vermək niyyətindədir. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Guardian”a müsahibəsində danışıb. On sözlərinə görə, son həftələrdə Rusiya Ukraynanın enerji infrastrukturuna dəfələrlə zərbələr endirib ki, bu da elektrik enerjisinin tez-tez kəsilməsinə səbəb olub: “Belə şəraitdə yaşayırıq. Bu bizim üçün artıq […]

Nigeriya və Niger Bakıdakı çempionata vəsiqə qazandı

DogruSozTv Az

Nigeriyanın paytaxtı Abucada yerləşən Guards Polo Club meydanında keçirilən Afrika Çövkən Çempionatı 8 noyabr tarixində başa çatıb. Turnir 5–8 noyabr tarixlərini əhatə edib və Afrika qitəsinin dörd komandası – Nigeriya, Niger, Qana və Misir – arasında maraqlı qarşılaşmalarla yadda qalıb. Son oyun günündə Qana Misir üzərində 6–1 hesabı ilə qələbə […]

Ağdaşda da zəlzələ oldu

DogruSozTv Az

Zərdab stansiyasından 35 km şimalda, Ağdaş rayonunda 3,1 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yeri vaxtla 02:50-də baş verən yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Ermənistanın kapitulyasiya aktına imza atmasından 5 il ötür

DogruSozTv Az

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanmasının ildönümüdür.2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə […]

Azərbaycanda Dövlət Bayrağı Günüdür

DogruSozTv Az

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Ulu öndər […]

Pakistanın Baş naziri: Məcburi köçkünlərin Qarabağa qayıdışını görmək ruhlandırır

DogruSozTv Az

Məcburi köçkünlərin Qarabağa doğma yurdlarına qayıdışını görmək ruhlandırır. Bunu Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Şuşada, Xankəndidə, Qarabağda, Laçında və Qarabağın bütün ərazilərində yenidənqurmanın bu cür inanılmaz tempi tam fenomenal xarakter daşıyır: “Artıq […]

İlham Əliyev: Erməni hərbi cinayətkarları Bakıda istintaq təcridxanasında çay içirlər

DogruSozTv Az

Erməni hərbi cinayətkarları bu gün Bakıda istintaq təcridxanasında çay içirlər.Bunu Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı deyib. Dövlət başçısı xatırladıb ki, İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanda onların tanklarının Bakı küçələrində olacağını, özlərinin isə Bakıda çay içəcəklərini deyirdilər. “Onların istəkləri qismən yerinə yetdi. […]