Milli Məclisin növbəti iclasının tarixi məlum olub. Bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova məlumat verib. Milli Məclisin növbəti iclası fevralın 24-də olacaq.
Şənbə günü Bakıda 18 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 4-7° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunudan […]
Azərbaycanda mülki və inzibati işlər tam elektronlaşdırılacaq
Azərbaycanda mülki və inzibati işlər tam elektronlaşdırılacaq. Bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev Azərbaycan Hakimlərinin II Forumunda deyib. Onun sözlərinə görə, bununla bağlı layihə hazırlanıb, hazırda müvafiq orqanlarla razılaşdırma mərhələsindədir. S.Hacıyev həmçinin bildirib ki, rəqəmsallaşma prosesində bir çox konstitusion tələblər var: “On ildən artıqdır elektron […]
MM Avropa Şurasının “İnsan orqanlarının alverinə qarşı Konvensiya”sını ratifikasiya edib
Milli Məclis Avropa Şurasının “İnsan orqanlarının alverinə qarşı Konvensiya”sını ratifikasiya edib. Konvensiyanın ratifikasiyası haqqında qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub. Qeyd edilib ki, Avropa Şurasının “İnsan orqanlarının alverinə qarşı Konvensiya”sı 25 mart 2015-ci il tarixində Santiaqo-de-Kompostela şəhərində imzalanıb. Konvensiya preambula və 33 maddədən ibarətdir. Konvensiyanın məqsədi insan orqanlarının […]
Prezident İlham Əliyevin ABŞ səfəri başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri fevralın 19-da başa çatıb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Naməlum ABŞ təyyarəsi Rusiyanın hava məkanından Qazaxıstana uçub
ABŞ-ın “Andrews” hərbi hava bazasından havaya qalxan naməlum təyyarə Murmansk vilayəti üzərindən Rusiya hava məkanına daxil olub. Bu barədə “Ura” “Flightradar24” xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, naməlum təyyarə Rusiyadan əvvəl Qrenlandiya, Norveç və Finlandiya üzərindən uçuş həyata keçirib. Bildirilir ki, Moskva vaxtı ilə saat 09:10-da təyyarə Qazaxıstan hava məkanına […]
Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir
Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir. 600-dək məhkəmə hakimi, həmçinin Məhkəmə-Hüquq Şurası üzvlərinin qatıldığı tədbirin məqsədi hüquq ictimaiyyətini və cəmiyyəti Azərbaycanda gedən məhkəmə-hüquq islahatları barədə məlumatlandırmaqdır. Forum çərçivəsində məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar, qarşıda duran əsas vəzifələr, habelə ədalət mühakiməsi sahəsində mövcud olan müasir çağırışlar müzakirə olunacaq.
Qaradağda tarixi-mədəni abidələrə ziyan vuran şəxslər saxlanılıb
Bakının Qaradağ rayonunda tarixi-mədəni abidələrə ziyan vuran şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, qabaqcadan əlbir olan bir qrup şəxs dövlət tərəfindən xüsusi qorunan təbiət ərazilərinin mühafizə qaydalarını pozaraq qızıl axtarmaq məqsədilə Milli Tarix-Bədii Qoruqlardan birinin ərazisinə qanunsuz daxil olublar. Onlar qoruqdakı mədəni sərvət hesab […]
Premyer Liqa: XXI tura bu gün iki oyunla start veriləcək
Misli Premyer Liqasında XXI tura bu gün start veriləcək. Turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq. “Zirə” səfərdə “Turan Tovuz”un qonağı olacaq. Qəsəbə təmsilçisi hazırda 35 xalla üçüncüdür. 34 xala malik “Turan Tovuz” isə dördüncü pillədə qərarlaşıb. Günün son matçı Sumqayıtda baş tutacaq. “Qəbələ” səfərdə “Sumqayıt”la üz-üzə gələcək. “Sumqayıt” […]
Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq “Pirşağı” yarımstansiyasından çıxan 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində […]