Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli razılaşmalarının regionda dinc həyatın nizamlanması və sabitliyin […]
Parlamentin yaz sessiyası başa çatdı – YENİLƏNİB
Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçirilib. Toplantıda 7 məsələ müzakirə olunaraq qəbul edilib. İclas başa çatdıqdan sonra spiker Milli Məclisin 2022-ci il yaz sessiyasını bağlı elan edib. Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə parlamentin yaz sessiyası başa çatıb. Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın […]
İlham Əliyev Laura Loxmanı qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxmanı qəbul edib. Söhbət zamanı Cənub Qaz Dəhlizinin fəaliyyətinə toxunulub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qazla təmin olunmasının şaxələndirilməsində rolu vurğulanıb. Ölkəmizdən Avropaya qaz ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan ilə […]
Kamran Əliyev bu tarixdə vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev cari il iyunun 7-də saat 10:00-da Şəmkir rayon prokurorluğunun inzibati binasında Şəmkir, Gədəbəy və Daşkəsən rayon sakinlərinin qəbulunu keçirəcək. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şəmkir rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə […]
Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvləri kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən plenar iclasında 2 nəfər Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinə üzv təyin edilib. Bunlar Rəşad Temraz oğlu Orucov və Əliyar Qəhrəman oğlu Məmmədyarovdur. R.Orucov 1978-ci ildə Bakıda anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsi […]
DİM-dən abituriyentlərə MÜRACİƏT
Ali təhsil müəssisələrinə, 9 və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər bu gün saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına (ikinci cəhd) yazıla bilərlər. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) […]
DTX-dən ƏMƏLİYYAT: 394 nəfəri aldadan şəxs tutuldu
Sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində “Aztechnolog” adlı “İnstagram” səhifəsini idarə edən şəxslər tərəfindən maddi maraq zəminində istifadəçilərin müraciəti əsasında üçüncü şəxslərin “WhatsApp” tətbiqindəki yazışmalarının kibermüdaxilə yolu ilə gizli ələ keçirilməsi və izlənilməsi üçün təqdim olunması ilə bağlı yayılmış məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən nəzarətə götürülərək araşdırılmışdır. Dogrusoztv.az Dövlət Təhlükəsizliyi […]
Azərbaycan nefti bahalaşdı
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,89 ABŞ dolları və ya 0,7% artaraq, 126,8 dollar təşkil edib.
Sürücülərin NƏZƏRİNƏ! – Bu yol iyunun 6-dan … – VİDEO
Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran-Prisi ilə bağlı iyun ayının 6-dan etibarən Azneft dairəsi bağlanacaq. Bu müddət ərzində sürücülər alternativ yollardan istifadə edə biləcəklər. Qeyd edək ki, yarış ilə bağlı tamamlanma işləri yekunlaşıb. Ərazidə tamaşaçılar üçün 9 tribuna quraşdırılıb ki, onlardan ən irisi “Abşeron” adlanır. “Formula 1” Azərbaycan Qran-Prisi iyunun […]
Azərbaycanda axşam saatlarında DƏHŞƏTLİ HADİSƏ: Ər binanın həyətində arvadının boğazını kəsdi
Abşeron rayonunun Xırdalan şəhərində qətl törədilib. Sakinlər modern.az-a bildiriblər ki, hadisə axşam saatlarında Gənclər Şəhərciyində qeydə alınıb. İlkin məlumata əsasən, kişi binanın həyətində həyat yoldaşının boğazını kəsib. Qadının aldığı xəsarətlərdən öldüyü deyilir. Cinayətin uşaqların gözü qarşısında baş verdiyi bildirilir. Hadisənin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.