Bakıda və Abşeron yarımadasında mayın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, […]
Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20-dən çox bankın SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılmasını nəzərdən keçirir. Bu barədə “Bloomberg” anonim mənbələrə istinadən məlumat yayıb. “Ukraynaya qarşı müharibəni dayandırmaq üçün Moskvaya təzyiqi artırmağa yönəlmiş yeni sanksiyalar çərçivəsində Aİ həm də Rusiya neftinin qiymətinin yuxarı həddinin aşağı salınması və “Şimal […]
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb
Vətəndaşların bank kartlarından oğurluq davam edir. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır: “Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 23-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla […]
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, mayın 23-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 127 […]
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak edib – VİDEO
MDB ölkələrinin fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə qurumlarının birgə təlimi Azərbaycan Fövqəladə Hallar Nazirliyi MDB ölkələrinin birgə təlimində iştirak edib. Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Müstəqil Dövlətlər Birliyinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 36-cı iclasında qəbul olunmuş qərarın icrası məqsədi ilə […]
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Mayın 23-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.61% – 41,603.07 bəndədək, S&P 500 indeksi 0.67% – 5,802.82 bəndədək, Nasdaq indeksi isə 1% – 18,737.21 bəndədək azalıb. Avropa fond bazarlarında mayın 23-də FTSE 100 indeksi 0.24% – 8,717.97 bəndədək, Almaniyanın DAX indeksi 1.54% – 23,629.58 bəndədək, Fransanın CAC-40 indeksi isə […]
Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub
Rusiyanın hava hücumundan müdafiə qüvvələri ötən gecə və bu gün səhər saatlarında ölkənin regionları üzərində Ukraynaya aid 94 pilotsuz uçuş aparatını (PUA) məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, PUA-ların 64-ü Belqorod, 24-ü Bryansk vilayətləri ərazisində vurulub. Qalanları Kursk, Lipetsk, Voronej və Tula vilayətləri ərazisində zərərsizləşdirilib.
BİZİM TƏQVİM: 24 mayda baş vermiş tarixi hadisələr
1999-cu ilin bu günündə “EuroPark” Federasiyası Avropa Parklar Gününü təsis edib.Bu günün tarixi Avropada ilk milli parkların yaradılması ilə bağlıdır. 1999-cu il may ayının 24-də İsveçdə doqquz milli parkın əsası qoyulub. Bəs, mayın 24-də dünyada daha hansı hadisələr baş verib? 1. 1032-ci ildə dünyanın ən məşhur ensiklopedik biliyə malik alimlərindən […]
Minifutbol üzrə dünya çempionatı: Qrup mərhələsində növbəti oyunlar keçiriləcək
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün qrup mərhələsində II turun növbəti oyunları keçiriləcək. Milli Gimnastika Arenasında daha 8 qarşılaşma baş tutacaq. Günün ilk görüşündə Qana və İsrail milliləri münasibətləri aydınlaşdıracaq. Dünya çempionatı Qrup mərhələsi II tur 24 may E qrupu 19:30. Monteneqro – Kosta Rika20:45. Tailand – […]
Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar
Öz komandasında davamlı şəkildə ehtiyatda oturan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar. Bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında bildirib. Portuqaliyalı mütəxəssis milliyə dəvət edilən futbolçuların formada olmasının vacibliyini söyləyib: “Hər məşqçinin qərarına hörmətlə yanaşıram. Milliyə dəvət edilən futbolçular mütəmadi şəkildə oynamalıdırlar. Xaricdə çıxış edən oyunçularımız çox azdır. Mən […]