Azərbaycan tərəfi İranın Naxçıvana dron hücumu ilə bağlı müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İranın Naxçıvana dron hücumu ilə bağlı bəyanatında yer alıb. Qeyd olunub ki, Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, regionda gərginliyin artmasına xidmət edir.
İran dronlarından biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb
İran ərazisindən uçan dronlardan biri Naxçıvan Muxtar Respblikasının Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Bu barədə “Report”un yerli bürosu xəbər verir. Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, daha 1 ədəd dron isə Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına düşüb. Nəticədə iki nəfər […]
İran Naxçıvan aeroportuna dron hücumu edib
İran martın 5-də Naxçıvan aeroportuna dron hücumu edib. İran ərazisindən uçan dron aeroportun binasına düşərək partlayıb. Bununla İranın molla rejimi Azərbaycanın göstərdiyi qonşuluq münasibətlərinə baxmayaraq özünün əsl mahiyyətini göstərib. Qeyd edək ki, Azərbaycan heç vaxt öz ərazisindən İrana qarşı istifadə olunmasına icazə verməyib və bunu ən yüksək səviyyədə açıq bəyan […]
“TikTok”da canlı yayımda qəlyan çəkdi – 750 manat cərimələndi
“TikTok”da qeyri-etik hərəkətlər edən və canlı yayım zamanı qəlyan çəkən şəxs inzibati məsuliyyətə cəlb olunub. “Yeraz” adlı profillə sosial şəbəkədə canlı yayım açaraq mənəviyyata zidd hərəkətlər edən şəxsin Oğuz rayonunun kəndlərindən birində yaşayan 27 yaşlı S.Sadıqov (şərti) olması müəyyənləşib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə həmin şəxs saxlanılıb və barəsində inzibati protokol […]
Kamran Əliyev Sabunçu rayonunda vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Baş prokuror Kamran Əliyev martın 11-də saat 10:00-da Sabunçu rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə […]
“HRANA”: İranda ölənlərin sayı 1110 nəfəri ötüb
ABŞ və İsrailin birgə əməliyyatının başlanmasından bəri İranda ən azı 1114 nəfər həlak olub. Bu barədə İranın “HRANA” hüquq müdafiə təşkilatı məlumat yayıb. Məlumata görə, ölənlərdən 183-ü yetkinlik yaşına çatmamış şəxslərdir. Hazırda təşkilat 900-dən çox ölüm faktını araşdırır.
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,87 ABŞ dolları və ya 4,7 % azalaraq 82,29 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 81,16 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
Sabirabadda qadın 14 kiloqram narkotiklə saxlanılıb
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı A.Kərəmova saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ondan 14 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bakıda 15 istiqamətdə tıxac müşahidə olunur
Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 4. […]
XİN: İrandan indiyədək 255 Azərbaycan vətəndaşı təxliyə olunub
İrandan təxliyə olunan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə APA-ya deyib ki, İrandan indiyədək 255 Azərbaycan vətəndaşı təxliyə olunub.