İzolyasiya qaydalarını pozan obyektlər bağlandı – Nazirlikdən AÇIQLAMA

Məlum olduğu kimi, koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il 14 mart tarixdən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilir. Konkret olaraq, bir ay müddətində kütləvi tədbirlərin keçirilməsi təxirə salınmış, restoran və kafelərdə iş rejimi saat 21.00-dək müəyyən edilmiş, eləcə də həmin […]

14:29 2020-03-14 HADİSƏ Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən ölkə ərazisində meşə sahələrində, qoruqlarda ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı kompleks tədbirlər hazırlanaraq həyata keçirilib. Bu barədə Unikal.org-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Hər iki dövlət qurumuna vətəndaşlardan Oğuz, […]

Zakir Həsənov əmr verdi – Düşmən təxribatlarının qarşısının dərhal alınması barədə

Müdafiə naziri general-polkovnik Zakir Həsənov düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədilə əmr verib. Unikal.org-un xəbərinə görə, nazir martın 14-də keçirilən xidməti müşavirədə cəbhədəki əməliyyat şəraitini təhlil edib.  Z.Həsənov düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədi ilə lazımi qüvvə və vasitələrdən istifadə edilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, […]

Azərbaycan sərhədinə 400 milyard çəyirtkə gəlir… Koronavirusdan da  böyük TƏHLÜKƏ! 

Afrikadan İraqa gələn və sayları 400 milyarda çatan çəyirtkə dəstəsi Türkiyə sərhədlərinə yaxınlaşır. Hazırda çöl çəyirtkələri gündə 150 km məsafə qət edir.  Bir kvadrat kilometr ərazidə olan 40-80 milyon çəyitkənin gün ərzində 35 min insana yetəcək qədər qida mənimsədiyi bildirilir. Türkiyə Kənd Təsərrüfatı Mühəndisləri Palatası çöl çəyirtkələrinin koronavirusdan da təhlükəli […]

İçərişəhərdəki muzeylər bağlandı

İçərişəhərdə yerləşən muzeylərin fəaliyyəti bu gündən etibarən dayandırılıb. Doğrusöztv.Az-ın Unikal.org-a istinadən verdiyi xəbərinə görə, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat yayıb. .Qeyd olunub ki, COVİD-19 (koronavirus) virusuna qarşı ölkədə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın bəzi sosial izolyasiya tədbirləri barədə göstərişlərinə əsasən İçərişəhərdə yerləşən və “İçərişəhər” Dövlət Tarixi memarlıq […]

İLHAM ƏLIYEV ŞIRKƏT RƏHBƏRINI IŞDƏN ÇIXARDI

Prezident İlham Əliyev M.Ə.Məmmədovun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Doğrusöztv.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Məmməd Əhməd oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsindən azad edilsin.

Ermənilər Sorosun Qarabağ məsələsində Türkiyənin yanında olacağından qorxuya düşdü…

“Allaha və öz gücümüzə güvənək ki, heç belə dələduzlara möhtac olmayaq…” “Əgər vəzifə Rusiyanın regiondakı  təsirini zəiflətməkdirsə, onda Soros kimiləri Türkiyə də daxil olmaqla hər kəsə dəstək verməyə və  hər kəsi, o cümlədən Ermənistan və Qarabağı qurban verməyə hazırdırlar…” Moderator.az xəbər verir ki, işğalçı ölkə  mediasının  yaydığı məlumata görə,  bu cür fikirlərlə […]

Yanlış məlumatlar yayanlar barəsində ciddi tədbirlər görüləcək – RƏSMİ

İctimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək. Dogrusöztv.Az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən bütün […]

SON DƏQİQƏ! Prezident 11 milyon ayırdı

Prezident İlham Əliyev “Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Doğrusöztv.az  xəbər verir ki, sərəncamla Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2020-ci il […]