Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib. Doğrusöztv.Az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Səbuhi Məmmədovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarını imzalayıb. / Unikal.org
Kənd Təsərrüfatı Nazirliyinə 5 milyon manat ayrıldı – Əli Əsədov SƏRƏNCAM İMZALADI
Baş Nazir Əli Əsədov kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum təminatının dəstəklənməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə vəsait ayrılması barədə sərəncam imzalayıb. Doğrusöztv.Az-ın məlumatına görə, sərəncama əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına məhsul yığımı başa çatmış ərazilərdə təkrar qarğıdalı əkinləri üçün toxum təminatına birdəfəlik dəstək məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş […]
Melek Çakmak: FAO və Azərbaycan ekologiya sahəsində uğurla əməkdaşlıq edir
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan arasında Tərəfdaşlıq proqramı çərçivəsində 2019-cu ildə ekologiya və təbii ehtiyatlar sahəsində 6 iri layihənin reallaşdırılması uğurla davam edib. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə FAO-nun tərəfdaşlıq və koordinasiya ofisinin rəhbəri Melek Çakmak deyib. O bildirib ki, FAO ilə Azərbaycan arasında 2016-cı ildə […]
Ceyhun Bayramovdan tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı AÇIQLAMA
Tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı heç bir narahatlığa səbəb yoxdur. Təqaüd verilən bütün tələbələr bu vəsaiti əldə edə biləcəklər. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti öz öhdəliyini yerinə yetirərək təhsil sahəsində çalışanların əməkhaqlarının, tələbələrin təqaüdlərinin vaxtında ödənilməsini özü üçün bir […]
Azərbaycanda kənd təsərrüfatının istehsalı 3,8 faiz artıb
2020-ci ilin yanvar-aprel ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 415,3 milyon manat təşkil edib ki, onun da 1315,9 milyon manatı heyvandarlıq, 99,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,8 faiz, […]
GÜRCÜSTAN PREZİDENTİ İLHAM ƏLİYEVİ TƏBRİK EDİB.
Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Doğrusöztv.Az ınməlumatına görə, mətndə deyilir: “Zati-aliləri. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gündə Gürcüstanın güclü tərəfdaşımız olan Azərbaycan Respublikası ilə dostluq və qarşılıqlı faydalı […]
Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)
Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi Aparatın rəhbər heyətinin iştirakı ilə yeni təyin olunmuş Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini Elmar Camalov, Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov kollektivə təqdim edilib. Doğrusöztv.Az bildirir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə […]
Dövlət Komitəsi: Gender bərabərliyinin təminatı sahəsində bir çox tədbirlərin görülməsinə ehtiyac var
Azərbaycanda gender bərabərliyinin təminatı sahəsində görülmüş irimiqyaslı tədbirlərə baxmayaraq, hazırda bu sahədə bir çox tədbirlərin görülməsinə ehtiyac duyulur. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya deyib. O əlavə edib ki, Azərbaycanın qanunvericiliyində cinsi mənsubiyyətinə […]
Bakı-Sumqayıt yolunda inşa ediləcək yeni tunelin layihəsi tamamlanıb
Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə bağlı tədbirlər çərçivəsində tikilməsi planlaşdırılan yeni tunelin layihəsi tamamlanıb. Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Qurum rəsmisi bildirib ki, layihə təsdiqlənməsi üçün aidiyyəti qurumlara təqdim edilib: “Layihə təsdiqlənən kimi tunelin tikintisi ilə bağlı […]
Göygölün icra başçısı vəzifəsindən azad edildi – SƏRƏNCAM
Prezident İlham Əliyev Arif Akif oğlu Seyidovun Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, sərəncama əsasən, Arif Akif oğlu Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.